Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Redaktor seçimi (Bu gün, 16:07)
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - Sənəddə isə ofis binası göstərilib


bitmap-img6
Suraxanı rayon Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, 17B küçəsində inşa edilən ticarət mərkəzi icazə sənədndə ofis kimi Zeynalov Vüqar Akif oğlunun adınadır.

Paytaxtın Suraxanı rayon Hövsan qəsəbəsi Elmar Qasımov 17B küçəsində yerləşən stadionda Ticarət Mərkəzi inşa edilir. 

Açıklama yok.

AzFakt.com xəbər verir ki, ərazidə yaşayan vətəndaşların bildirdiklərinə görə tikintini aparanlar onların yollarını tez-tez bağlayır və gediş- gəlişlərinə mane olurlar.Tikinti işlərində fəaliyyət göstərən ağır texnikalar qadağan olunmuş saatlarda belə işləyirlər. 
Açıklama yok.
Stadionun yerində ticarət mərkəzi inşa edilir. Bunu tikintiyə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs də təsdiq edib.

Açıklama yok.

AzFakt.com xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Suraxanı rayon Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, 17B ünvanında ofis binası tikilməsi üçün istismara icazə sənədi verilib. İstismara icazə sənədi Zeynalov Vüqar Akif oğlunun adına qeydiyyata alınıb. 

Açıklama yok.

Xatırladaq ki, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, 17B ünvanında yerləşən stadionun açılışını 2005-ci ildə Prezident İlham Əliyev edib. 

Açıklama yok.

Stadion 2015-ci ilə qədər fəaliyyət göstərib və ondan sonra istifadəyə yararsız vəziyyətə düşüb. Stadionun hansı səbəbdən istismara yararsız hala düşməsi isə yəqin ki, Gənclər və İdman Nazirliyi daha yaxşı bilir. Necə olub ki, prezidentin açılışını etdiyi stadion 10 ildən sonra baxımsız hala düşüb? Bu məsələdə istər Gənclər və İdman Nazirliyinin, istərsə də Suraxanı icra hakimiyyətinin məsuliyyəti araşdırılmalıdır. İstisna etmək olmaz ki, bəzi işbazların səyləri məticəsində stadion yararsız hala düşüb və həmin işbazlar indi iş başındadırlar.

2023-ci ildə stadion “Yaşıl Mənzərə” MMC tərəfindən icarəyə götürülüb və yarasız bir əraziyə çevrilib. Maraqlıdır ki, stadionu icarəyə verən qurum açıqlanmır və böyük ehtimalla bu qurum Gənclər və İdman Nazirliyidir.

Stadionda ofis binası tikilməsinə icazə sənədi verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyi də maraqlı və şübhəlidir.

Qeyd edək ki, hazırda ofis adı ilə inşa edilən ticarət mərkəzinə Vüqar Sədibəyli adlı iş adamınında şərik olduğu iddia edilir. 

Araşdırmamız davam edəcək.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
13 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025
12 10 2025