Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 13:18)
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -Araz Paşayevin imkanı və iddiası...

 Araz Paşayev böyük kapitalından ruhlanmaqdadır və ruhla da, yeni və daha da yüksək kürsüləri hədəfləyir
 Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və bu komitənin sədri Araz Paşayevlə bağlı mediada məlumatlar az qala ədədi silsilə ilə tirajlanmaqdadır.
Məlumatlarda bu təşkilatda yaşananlardan, Araz Paşayevin dünənindən və bugünkü idarəçilik prinsiplərindən bəhs edilir. Narazılıq dolu yazılarda Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasının sədri cənab Sahib Məmmədovun da adı öz yerində... Konkret faktlar zəngin bu yazılara qarşı tərəfdən təkzibedici cavabların olmaması da məlum suallar doğurur.

İki gün əvvəl Yenixeber.org-da dərc edilən “Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –Araz Paşayev Sahib Məmmədovun hədəfində” sərlövhəli yazıdan sonra redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. (Yazını bu linkdən oxuya bilərsiniz:https://yenixeber.org/manset/191854-elm-v%C9%99-t%C9%99hsil-i%CC%87%C5%9F%C3%A7il%C9%99ri-h%C9%99mkarlar-i%CC%87ttifaq%C4%B1nda-dolanan-kabus-%E2%80%93.html)

Məlumatlarda Araz Paşayevin keçmişindən –Təhsil Tələbə Kredit Fondunun İdarə heyətinin sədri postundakı fəaliyyətindən tutmuş, bugünkü idarəçiliyinə qədər əhatəli məlumatlar yer alır...

                      Sahibkar-məmurun karyerası...

Xatırladaq ki, Araz Paşayev özünü həm də, biznes sektorunda sınayıb və Yenixeber.og-a daxil olan məlumatlara görə hələ də, “ayağının biri biznesdədir”. Onun adı hələ Təhsil Tələbə Kredit Fondunun rəhbəri olduğu dönəmdə böyük məbləğlərlə ölçülən tender əməliyyatlarında hallanıb. Belə ki, “Universitas-İnternational” mədud Məsuliyyətli Cəmiyyətinin Araz Paşayevə məxsus olması haqqında iddialar var.
Araşdırmalarımızla məlum oldu ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi kimi isə Mustafayev Ayaz Mustafa oğlu qeyd olunub.
Reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev 13A, mənzil 125, qanuni təmsilçisi isə 18.05.2017-ci ildən 01-17-2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olub...
Nəinki Veb-səhifəsi, hansısa bir əlaqə vasitəsi belə olmayan, bu şirkətin yüksək məbləğlərlə tender “qalibi olması” ciddi suallara yol açır. (Bu linkdən oxuya bilərsiniz:https://yenixeber.org/arasdirma/165392-araz-pa%C5%9Fayev%C9%99-m%C9%99xsus-%C5%9Firk%C9%99t-hans%C4%B1-qurumlarla-i%C5%9Fbirliyind%C9%99-olub-v%C9%99-n%C9%99-q%C9%99d%C9%99r-d%C3%B6vl%C9%99t-v%C9%99saiti-silib.html )
Məlumata görə, cənab Paşayevin yüksək dairələrlə şəxsi münasibəti bu istiqamətdə əsas amillərdən biridir...
                 Böyük kapital və böyük ambisiyalar...
Məhz başlıcası bu səbəblərdən də, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hazırkı sədrinin böyük kapiatala sahib olduğu bildirilir. Böyük kapital isə yeni və böyük ambisiyalar doğura bilir...Yenixeber.org-a ötürülən məlumata görə, Araz Paşayev də böyük kapitalından ruhlanmaqdadır. Bu ruhla da, yeni və daha da yüksək kürsüləri hədəfləyir. Elə bu səbəbdən də, rəhbərlik etdiyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini siyasi kluba çevirməkdədir. Məlumata görə, bu komitə həmkarlar təşkilatından daha çox siyasi partiyanı xatırladır. Sanki, bir növbəti tramplin kimi...Gələcək karyerası üçün kadrlar seçir, komanda formalaşdırır.
Necə? Bu haqda müəyyən dəqiqlədirmələrlə qarşıdakı günlərdə geniş yazmağa çalışacağıq.
Onu da qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasının sədri cənab Sahib Məmmədov Araz Paşayevin bu “özfəaliyyət”indən xəbərsizdir...
Sonda Araz Paşayevə bir xatırlatma: Bu gün gündəmi zəbt edən “Ramiz Mehdiye işi” həm də bir dərs olmalıdır...  шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025