Cəmiyyət (31-08-2017, 15:47)
600-dən yuxarı bal toplayan tələbələr də BSU-nu seçib
Yeni tədris ili üzrə Bakı Slavyan Universitetinə (BSU) qəbul olunmuş abituriyentlərin qeydiyyata alınması başa çatıb.
Qeyd etdiyimiz kimi, bu il universitetdə ali təhsilin bakalavriat səviyyəsində 32 ixtisas üzrə 1085 plan yeri ayrılıb. Onlardan 900-ə qədəri qeydiyyatdan keçib. Bu il 500 və 500-dən çox bal toplayaraq BSU-ya qəbul olunan abituriyentlərin sayı 61 nəfər olmuşdur. İki tələbə isə 600-dən yuxarı bal toplayaraq Tərcümə (ingilis dili) fakutltəsinə qəbul olunub.
2017-2018-ci tədris ili üçün təhsilin magistratura səviyyəsində 24 ixtisas üzrə 146 plan yeri ayrılıb. 107 nəfər qəbul olunub. Birinci turda 93, Ikinci turda isə 14 nəfər. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.
