Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil (Bu gün, 09:41)
Ramiz Mehdiyev ətrafında baş verənlər Yusif Yusibovun yuxusunu ərşə çəkib.

 


Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən rektor Yusif Yusibov haqqında  elektron mediada dəfələrlə  geniş müraciətləri  yayımlanıb .Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyəti  adından Mediatv.az-ın elektron poçtuna yenidən  şikayət məktubu daxil olub.Şikayətçilər yazır:
            Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun  başının üstünü qara buludlar alıb. Belə ki, o əvvəllər Bakı Dövlət Universitetində işləyərkən, həm də Bakıda yerləşən Ramiz Mehdiyevə məxsus Şərq-Qərb nəşriyyatında da fəaliyyət göstərirdi.
          Elə həmin vaxt Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin  müdiri işləyən Fatma Abdullazadənın təqdimatı və Ramiz Mehdiyevin dəstəyi ilə Gəncə Dövlət Universitetində boş olan tədris işləri üzrə prorektor vəzifəsinə göndərildi. Qısa bir müddət ərzində Gəncə Dövlət Universitetinin rektoru işləyən Elman Məmmədovun torbasını tikdi, Elman Məmmədovu rektor vəzifəsindən azad etdirdi. Elman Məmmədov həbsdən canını güclə qurtarıb Bakıya getdi. Bir müddət Yusif Yusibov həm prorektor, həm də rektor əvəzi kimi fəaliyyət göstərdi.
          Yusif Yusibovun rektor əmri gözlənildiyi halda, qəflətən Gəncə şəhər İcra Hakimiyyəinin başçısı Elmar Vəliyev universitetin professoru Yadigar Əliyevi rektor təyin etdirdi.
   Rektor Yadigar Əliyevin təqdimat mərasiminə gələn o zamankı Təhsil Naziri Misir Mərdanov təqdimatda çıxış edərək bildirdi ki, həyatımda ilk dəfədir ki, universitetə rektor vəzifəsinə təyinat mənim xəbərim olmadan həyata keçirilib. Belə gözlənilməz təyinatı Yusif Yusibov həzm edə bilmədi. Elə həmin vaxtdan Yadigar Əliyevin rektor kimi fəaliyyət göstərməsinə mane olmağa başladı, elə bunun nəticəsində də Yadigar Əliyevi qısa bir müddətdən  sonra məcburi məzuniyyətə göndərməyə nail oldu.
          Universitetin möhürünü ələ keçirərək Yadigar Əliyevi məzuniyyətdən sonra kabinetə buraxmadı. Qardaşı Cavanşir Yusibov, o zamankı Təhsil Naziri Mikayıl Cabbarov və həmin Ramiz Mehdiyevin dəstəyi ilə Prezidentə guya Yadigar Əliyevin öz ərizəsi ilə azad olunmaq istəyini çatdıraraq rektor təyin olunmaq haqqında fərmanın verilməsinə nail oldular. Rektor təyin olunduqdan sonra universitetin böyük iclas zalında Ramiz Mehdiyevin kitabının təqdimatı keçirildi. İndi isə Yusif Yusibov  Emin Əmrullayev üçün arzu olunmaz şəxsə çevrilib. Universitetin büdcəsini saxta tenderlərlə talan edir, professor-müəllim heyətinin maaşını artırmır, Elmi Şurada müzakirə olunmadan, saxta protokollar yazaraq öz ətrafında olan şəxslərə  istədiyi maaşı yazır. Universitetdə dekanlardan pul yığaraq kosmetik təmirlər aparır, universitetin maddi-texniki bazasının, laboratoriya avadanlıqlarının alınması üçün heç bir tədbir görmür.
          Noyabr ayının birinci on günlüyündə  universitetin akkreditasiyası keçiriləcək. Təhsil Nazirliyi universiteti akkreditasiyadan keçirmək istəmir, rektor isə deyir ki, universitet akkreditasiyadan keçməsə belə, mən onsuz da qalıb işləyəcəyəm. Olan universitet əməkdaşlarına olacaq. Hətta bir qədər dərinə gedərək bildirir ki, akkreditasiya komissiyasınn üzvləri üçün qalacaqları otel də müəyyən olunub. Onların qalacaqları yerə gizli kameralar quraşdırtmışam, komissiya üzvlərinə telefonla zəng edib məlumat verən universitet əməkdaşları cəzalandırılacaq.Dövlətimizə qarşı xain mövqedə dayanan Ramiz Mehdiyev ətrafında başverən olaylar isə Yusif Yusibovun yuxusunu ərşə çəkib.

 
    Mediatv.az
                     
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
20 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025
19 10 2025