Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 08:23)
726 min manatlıq vergi borcu olan “AZ-TEX-IMPORT” HOQQA VERİR - 20 gündə 9.171.445,8 AZN və ...

“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az xəbər verir ki, şirkətin 726.991,08 manat məbləğində vergi borcu mövcuddur.

Maraqlıdır ki, bu qədər böyük borcu olmasına baxmayaraq, “AZ-TEX-IMPORT” MMC oktyabr ayında 3 tender müqaviləsi bağlayıb, daha 4 tenderdə isə qalib elan olunub. Bağlanmış müqavilələrdə ümumi məbləğ: 504.511,48 manatdır.

Müqavilə bağladığı qurumlardan biri “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsidir.
Bu qurum şirkətlə iki ayrı satınalma müqaviləsi imzalayıb:

Yol infrastrukturunda istifadə olunan dolğu materiallarının kipləşdirilməsi üçün texnika və avadanlıqların alınması181.407,98 manat

Avtokran və çəngəlli yükləyicilərin satın alınması279.460 manat

Bundan başqa, “AZ-TEX-IMPORT” MMC “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs ilə də müqavilə imzalayıb. Sazişə əsasən, mərkəzin balansında olan İVECO markalı avtomobillərin cari təmiri üçün ehtiyat hissələri, sürtkü yağları və digər malların alınması nəzərdə tutulur. Müqavilənin məbləği 43.643,5 manatdır.

Hazırda şirkətlə daha bir neçə dövlət qurumu arasında da müqavilə bağlanacağı gözlənilir. Müqavilə bağlanacağı gözlənilən tenderlərdə ümumi məbləğ: 9.171.445,8 manatdır.
Bu qurumlar arasında:

“Regional Su Meliorasiya Xidməti” PHŞ – qəza-bərpa nəqliyyat vasitələrinin satın alınması (7.859.799,81 manat)

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ – xüsusi texnikaların alınması (372.000 manat)

“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ – nəqliyyat vasitələrinin alınması (338.999,99 manat)

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” PHŞ – təcili yardım maşınlarının əsaslı təmiri üçün ehtiyat hissələrinin alınması (600.646 manat)

Qeyd edək ki, “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 226.010 manatdır. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı – Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-dır.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025
22 10 2025