Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-08-2021, 16:00)
Pandemiya və müharibənin FƏSADLARI DAVAM EDİR: - Dövlət İmtahan Mərkəzi abituriyentlərə güzəşt edə bilər?

Pandemiya və müharibənin FƏSADLARI DAVAM EDİR:
“Bu il üçün istər pandemiya, istərsə də Vətən Müharibəsi dövründə olan çətinliklər abituriyentlərin qəbul imtahanına hazırlaşmasında müəyyən problemlər yaradıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında II və III ixtisas qrupları üzrə 14-15 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri ilə bağlı ümumi vəziyyətə münasibət bildirən təhsil eksperti Adil Vəliyev deyib.

Ekspertə görə, sözügedən nəticə heç də ürəkaçan deyil:

“Dövlət İmtahan Mərkəzi bir qayda olaraq, hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Bu tətbiq blok imtahanından minimum 50 və ya 100, ümumilikdə isə 150 bal olaraq müəyyən edilib. Ancaq bu il istər pandemiya, istərsə də Vətən Müharibəsi dövründə olan çətinliklər abituriyentlərin qəbul imtahanına hazırlaşmasında müəyyən problemlər yaradıb. Bu problemlərin fəsadlarını imtahanların cavabları açıqlananda görmək mümkün olub.

Qeyd olunan halları nəzərə alaraq, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qərarı ilə ümumi balı minimum 150 olaraq saxlamaqla, blok imtahanı üçün müəyyən edilən bal limitinin aradan qaldırıması yaxşı olardı. Bu addım həm ali təhsil müəssisələrində plan yerlərinin boş qalmamasına, həm də builki çətinliklər üçün abituriyentlərin çəkdiyi əziyyətə kömək olacaq. Abituriyentlərin ixtisas seçimi və karyera üzrə mütəxəssislərin hazırlanması fonunda bu dəyişikliyin edilməsi zəruridir”.

Qeyd edək ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024