Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (30-01-2018, 16:00)
“Belə həkimləri işdən azad etməyə başlamışıq”

“Belə həkimləri işdən azad etməyə başlamışıq”

 

Ədliyyə nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Rafael Mehdiyev cəzaçəkmə müəssisələrində  vərəm xəstəliyinə qarşı aparılan mübarizədən danışıb.

Mediatv.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, MM-nin Səhiyyə Komitəsinin iclasında çıxış edən R. Mehdiyev qeyd edib ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində çox unikal bir təcrübə mövcuddur:

“ İlk dəfə bu işə biz  Qızıl Xaç Komitəsi ilə birgə  başlamışıq. Sonralar onların layihələri Qafqaz regionunda bitdi. Müstəqil olaraq indi də bu işi davam etdiririk. Dünyada cəzaçəkmə müəssisələrində vərəmə yoluxma halları 20, 40 dəfə artıqdır.  Azərbaycanda bu rəqəm 14 dəfədir. Amma vurğulamalıyam ki,  məhkumlar azadlığa buraxılandan sonra da həmin xəstələrə nəzarət etmək lazımdır. Həmin şəxslərə xüsusi yanaşma tələb olunur. Çünki təkrar cəzaçəkmə müəssisəsionə qayıdanda kəskinləşmiş fazada həbsxanaya qayıdıblar. Elə adam olub ki, biz onu 4 dəfə müalicəyə cəlb etmişik. İndi QHT-lərə bu sahədə yardım edilməlidir ki, bu adamların müalicəsinə maliyyə yardımı etsin”.

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yeni direktoru Həqiqət Qədirova  isə bildirib ki, dünyanın 30 ölkəsi  arasında Azərbaycanın da adı var: “ Avropada 2 faiz xəstələr Azərbaycanın payına düşür. Ümumdünya Səhiyyə Təşkilatının  yeni protokolları var. Artıq  molekulyar genetik müayinə üsulları tətbiq olunur. Bəlğəm götürülərək iki saat ərzində dərmanların davamlılığı təyin olunur. Ən mühüm məsələ isə rəsmi qeydiyyatı olmadan xəstələrin həkimlər tərəfindən müalicəyə cəlb olunmasıdır. 

Belə həkimləri işdən azad etməyə başlamışıq. Ancaq yenə də bu məsələni qanunla həll etməyə çalışmalıyıq”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024