Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-08-2014, 16:55)
Nazirlik 200 məhkumu kursa göndərdi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Həmin şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur

 

 Penitensiar müəssisələrində cəza çəkməkdən azad ediləcək 200 nəfərə yaxın şəxs peşə hazırlığına cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında bu ilin martında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza müddətini başa vurmaq ərəfəsində olan şəxslərin gələcək məşğulluğuna köməklik göstərilməsi məqsədilə onlar üçün peşə hazırlığı kursları təşkil olunur. 
Penitensiar müəssisələrdəki mövcud peşə məktəblərinin bazasında dərzi, kompyuter istifadəçisi, dülgər-xarrat peşələri üzrə təşkil olunan kurslara 16 nəfəri qadın olmaqla 198 nəfər şəxs cəlb olunub. Onlardan artıq 96 nəfəri peşə kurslarını uğurla başa vurub. Kursların bitmə vaxtı ilə bu kurslara cəlb olunanların cəzaçəkmə müddətinin başa çatma vaxtı təxminən eyni dövrə təsadüf edir. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması müvafiq ərazi üzrə məşğulluq orqanları tərəfindən diqqətdə saxlanılır. 
Qeyd olunan işlər Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılır. 
Proqramda digər tədbirlərlə yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə onlar üçün peşə hazırlığı kurslarının təşkil edilməsi də nəzərdə tutulub.

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025