Sağlamlıq (18-09-2015, 10:35)
9 SAYLI ŞƏHƏR POLİKLİNİKASINDA ƏLİ İNSANOV NOSTALJİSİ
Mediatv.az-ın məlumatına görə, Dövlət çevrilişinə cəhddə suçlanan Əli İnsanovun ən yaxın adamlarından olan, vaxtilə Xətai rayon Səhiyyə İdarəsinin rəisi vəzifəsində yarıtmaz fəaliyyət göstərmiş Rövşən Abbasov 9 saylı şəhər poliklinikasına baş həkim vəzifəsinə endiriləndən sonra da sabiq səhiyyə naziri ilə münasibətlərini davam etdirməkdə, iştirak etdiyi məhrəm məclislərdə onun siyasi baxışlarını müdafiə etməkdə davam edir. Bəlkə də bu sədaqət özündə həm də azadlıqdan və pul qazanmaq imkanından məhrum olmuş keçmiş himayədara indiki sıxıntılı vəziyyətində maliyyə dəstəyi ehtiva etdiyindəndir ki, rəhbərlik etdiyi müəssisədə korrupsiya mühiti formalaşdırıb.
Baş həkimin rəvac verdiyi qanunsuzluqlar barədə redaksiyamıza daxil olan məktubda göstərilir ki, baş həkiim poliklinikanın ştat cədvəliundə “ölü canlar” saxlayır. Tibb bacılarının yerinə sanitarları işlədir, maaş stavkaları üzrə artıq göstərdiyi ştat vahidlərinə görə yazılan əmək haqqı məbləğini özünə götürür.Kollektivdə baş həkimdən möhkəm narazılıq var.
Yazıda həmçinin, Abasovun yığdığı rüşvət hesabına şəhərin müxtəlif yerlərində bir neçə evi və bir neçə xarici maşını var.
Bundan başqa, polikilinkanın hesabatlarında imtiyazlı xəstələrinin müalicəsinə dəyəri böyük kəmiyyətlərlə ifadə olunan dərman preparatlarının istifadə olunduğu göstərilsə də, həmin preparatları alan şəxslərin imzaları ilə poliklinikada həmin dərman preparatlarının buraxılmasına aid qeydiyyat kitabının üzləşməsi aparılsa, saxtakarlıqlar üzə çıxar.
Ayrı – ayrı vaxtlarda bəzi kabinetlərin fəaliyyət göstərmədiyi halda, onları işlədən vəzifəli şəxslərə əmək haqqı ödənildiyi göstərilmişdir. Aydın görünür ki, «İcra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri» haqqındakı təlimatın tələblərinə əsasən işə davamiyyət jurnalları 1 il müddətinə saxlanmalı olduğu halda düzgün olmayaraq, bir sıra vacib sənədlərin poliklinikada saxlanmasının təmin edilməməsi də əsl həqiqəti gizlətməyə xidmət edir və müəssisədə şəffaflığın, ictimai hesabatlılığın olmamasının aşkar sübutudur.
Redaksiyamıza göndərilmiş və hazırda dəqiqləşdirilmə mərhələsində olan məlumatları yaxın vaxtlarda oxucularımızın müzakirəsinə çıxarmaq qərarındayıq. Bəlli olacaq ki,
- Səhiyyə Nazirliyi aparatında Rövşən Abbasova indi himayədarlıq edən şəxs kimdir;
- Abbasov digər xəstəxananın baş həkimindən qanunsuz olaraq nəyi xahiş edib;