Hadisə / Slayd (1-05-2014, 18:05)
Həkim səhlənkarlığı can aldı
Bu gün paytaxtın Əhmədli qəsəbəsindəki 7 saylı poliklinikada həkim soyuqqanlılığı və səhlənkarlığı nəticəsində bir xəstə keçinib
Hadisə şahidlərinin Mediatv.az-a verdiyi məlumata görə, 1 saat əvvəl ürək ağrılarından şikayətlə tibbi müəssisəyə gəlmiş 25 yaşlı gənc süründürməçilik ucbatından həkim qəbuluna düşə bilməyib. Poliklinikanın dəhlizindəcə keçinən gənci həyatda saxlamaq mümkün olmayıb.
Hazırda Xətai Rayon Polis İdarəsi və Xətai Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir. İlkin araşdırma gedir.
Poliklinikadan verilən məlumata görə, dünən toydan qayıdan xəstənin ağrıları olsa da, heç kimə bildirməyib. Bu gün xəstəxanaya gətirələrkən ağrıları olub, yolda qaytarıb.
“Xəstəxanaya daxil olarkən lazımi müdaxilələr edilib. UZİ aparatına salınıb, kardioqrama edilib, iynə vurulub. Lakin orqanizm iynəni qəbul etməyib. Pasientə lazimi müdaxilələrdən sonra oskigen balonuna qoşulsa da artıq dünyasını dəyişmişdi. Xəstəyə lazımi tibbi yardım göstərilsə də o, geniş infarktdan dünyasını dəyişib”-deyə xəstəyə heç bir tibbi yardımın edilməməsi ilə bağlı yayılan məlumatları təkzib ediblər.