Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (28-07-2015, 23:25)
Viruslu hepatitlərə yoluxma halları azalıb" - Nazirlik

“Dünyada hepatit xəstəliyinə tutulma hallarının artımına baxmayaraq, Azərbaycanda bu sahədə olan vəziyyət nəzərə çarpan dərəcədə yaxşılaşıb”.


Mediatv.az-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin “28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günü” ilə bağlı yaydığı məlumatda qeyd olunub. Məlumatda bildirilib ki, həyata keçirilən tədbirlər, o cümlədən, əhali arasında aparılan maarifləndirmə, təbliğat işləri, səhiyyə müəssisələrində təhlükəsizlik və digər addımlar sayəsində ölkədə viruslu hepatitlərə yoluxma halları illər üzrə müqayisədə azalıb.


Qeyd olunub ki, hepatitin müayinə və müalicəsi, ondan qorunma istiqamətində ölkədə vəziyyətin yaxşılaşdırılması məqsədilə əhəmiyyətli addımlar atılır: “Səhiyyə Nazirliyində Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın yaradılmasını qeyd etmək lazımdır. Həyata keçirilən tədbirlər çərçivəsində hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədilə müayinə planı təsdiq edilib. Şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə virus hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən, komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib. Komissiyanın rəyi əsasında virus hepatitli xəstələrin müvafiq dərman preparatları ilə və eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilib”.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024