Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (31-05-2015, 11:47)
Bill Qeyts: “Milyonlarla insan məhv olacaq”

"Microsoft" korporasiyasının Direktorlar Şurasının sədri Bill Qeyts milyonlarla insanın həyatına son qoyacaq infeksion xəstəliklərin kütləvi epidemiyasını proqnozlaşdırır. 

Mediatv.az-in məlumatına görə, Bill Qeyts "Vox" nəşrinə müsahibədə mümkün infeksiya faciəsinin modelini hazırlayacaq tədqiqatçılar qrupu formalaşdırdığını deyib. Bu barədə "İctnews" xəbər yayır.

Tədqiqatçılar qərara gəliblər ki, ispan qripi kimi xəstəliklər yayılsa, 250 günə dünyada 33 milyon insan məhv olacaq. "Xəstəliklərin yayılması baxımından biz bəşəriyyət tarixində ən təhlükəli mühit yaratmışıq", - B.Qeyts qeyd edib. 

20 milyon nəfərin yaxın 20 ildə nə ilə məhv edilməsi ilə bağlı sualı cavablandıran korporasiya rəhbəri bir neçə variantı nəzərdən keçirərək vurğulayıb ki, burada fəlakətli filmlərin ssenarisi ağlabatan deyil. Miqyaslı zəlzələ, vulkan püskürməsi və ya asteroidin düşməsi də bəşəriyyəti məhv edə bilməz. B.Qeytsin fikrincə, nüvə müharibəsi ehtimalı da azdır.

Dünyanın ən varlı adamı həmçinin iki dünya müharibəsində insan itkilərini ispan qripindən ölənlərin sayı ilə müqayisə edərək ispan qripinin XX əsrdə daha çox insanın həyatına son qoymasını sübut edib.

"Vox" müəlliflərinin sözlərinə görə, bəşəriyyət pandemiyanın təhlükəsi barədə bilir, onun haqqında fikirləşir və ondan qorxur.

B.Qeytsin qənaətinə görə, hazırkı şəraitdə istənilən infeksion xəstəliklərin pandemiyasının nəticələri 1918-1919-cu illər ispan qripinin nəticələrindən daha faciəli olacaq. O vaxt 550 milyon nəfər xəstəliyə yoluxub. "Bu gün xəstəlik cəmi 60 günə dünya şəhərlərinə yayılacaq. İspan qripi ilə bağlı vəziyyət belə olmayıb", - o əlavə edib. 

Bu, sərbəst hərəkətlə əlaqədardır: bu gün dövlət sərhədlərini yüz il əvvələ nisbətən 50 dəfə çox insan keçir. Həmçinin bəzi xəstəliklər artıq onlar çoxlu insan həyatına son qoyandan sonra məlum olur. Ebola virusu ilə bağlı vəziyyətdə də belə olub. Ekspertlər əmindir ki, bu xəstəlik ABŞ-da yayılsaydı, ona dərhal son qoyulardı. Lakin o, Afrikada olub. "Qvineya epidemiyanı qəbul etmək istəmirdi, çünki bu, investisiyalar və turizm sahəsi üçün "ölüm" hökmü demək idi", - B.Qeyts vurğulayıb.

Qeyd edək ki, 2014-cü ildə Qvineyada başlayan Ebola virusu sonradan qonşu ölkələrə yayılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024