Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-08-2014, 12:37)
Ebola virusu Mərkəzi Afrikaya sıçradı

Ebola virusu Mərkəzi Afrikaya sıçradı “demokratik” Konqoda ölənlər var

 

Afrikada artıq 1500-ə yaxın adamın ölümünə səbəb olmuş dəhşətli Ebola virusunun yayılmağ coğrafiyası genişlənib.
"Mediatv.az"  BBC-yə istinadən xəbər verir ki, virus ilk dəfə Mərkəzi Afrikada qeydə alınıb. Konqo Demokratik Respublikasında labaratoriya analizləri iki nəfərin bu virusdan öldüyünü təsdiqləyib. Analizlər indiyədək Ebola simtomlarına oxşar simtomlarla müşaiyət olunan naməlum xəstəlikdən 13 nəfərin öldüyü ekvator əyalətindən götürülüb. Virus indiyədək Afrikanın qərbində yayılmışdı.
Konqo Demokratik Respublikasının səhiyyə naziri Feliks Kabanqe Numbi bildirib ki, virusun qeydə alındığı Boende əyalətində qarantin elan olunub, virusdan ölənlərin sayının daha çox olduğu istisna deyil. İndiyədək Ebola virusu Liberiya, Syerra-Leone və Qvineyada yayılmışdı. Bu ölkələrdə virus 1500-ə yaxın adamın ölümünə səbəb olub, lakin ölənlərin sayı daha çox ola bilər. Belə ki. Virusa yoluxanların çoxu xəstəxanalara müraciət etmir və ölülərini gizli basdırırlar. Liberiya hakimiyyəti Ebola xəstələrini gizlədənlərə 2 il həbs cəzası nəzərdə tutan qanunvericilik düzəlişi qəbul etməli olub.

 

Ebola virusuna qarşı hələlik dərman və peyvənd mövcud deyil.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024