Dünya (4-11-2014, 10:54)
Ebola virusu Belçikada
Virus daşıyıcısı paytaxt Brüsseldə hava limanında saxlanılıb
Belçikada ilk dəfə Ebola virusuna yoluxma halı aşkarlanıb. Belqa xəbər agentliyinin verdiyi məlumata görə, virus daşıyıcısı paytaxt Brüsseldə hava limanında saxlanılıb. Şəxs dərhal karantin nəzarətinə götürülərək xəstəxanaya yerləşdirilib. Syera-Leone əsilli şəxsin öz ölkəsində bu virusa yoluxduğu ehtimal olunur. Lakin onun virus daşıyıcısı olduğu hələlik öz təsdiqini tapmayıb. Belə ki, tibbi-ekspertiza təhlillərindən sonra bu barədə açıqlama veriləcək.
Vəziyyətlə əlaqədar digər sərnişinlər də müayinədən keçməli olublar.
Əsasən, Qərbi Afrika ölkələri olan Liberiya, Syera-Leone və Qvineyada geniş yayılan xəstəlik indiyə qədər 5 mindən çox insanın həyatına son qoyub. Daha 10 minə yaxın insana isə, Ebola diaqnozu qoyulub.
Ebola virusundan ən çox əziyyət çəkən ölkələrdən biri olan Liberiyada Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə insanların peyvənd olması prosesi son bir həftədə daha sürətləndirilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024