Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (30-01-2016, 20:15)
Tofiq Zülfüqarov: “XİN-də Harvard məzunlarını savadsız kimi qələmə verirlər”

“Mənə elə gəlir ki, XİN-in fəaliyyəti ilə bağlı ən böyük tənqidi prezident İlham Əliyevin özündən eşitdik”.

Mediatv.az xəbər verir ki, Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı sabiq səfiri Tofiq Zülfüqarov bunu “Azadlıq” radiosuna müsahibəsində 2015-ci ilin 19 mayında Bakıda baş verən məlum yanğından sonra XİN-in məmurları tənqid edən bir neçə diplomatının vəzifədən çıxarılmasını şərh edərkən deyib.

T.Zülfüqarov hesab edir ki, əgər dövlət qulluqçusu siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə ya istefa verməli və o işlə məşğul olmalı, ya da məmur kimi elə məmur kodeksinə əməl etməlidir: “Mən səfir olsaydım, sizinlə indiki kimi sərbəst danışa bilməzdim. Bir də, həmin insanlar, mənim bildiyimə görə, əvvəllər siyasi baxımdan heç də fəal olmayıblar. Normal şəkildə karyeralarını qurublar. Bu krizisin arxasında başqa məsələlər durur. Yəni diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır, bəzən belə yanaşmaya şahid olursan: “Bu özümüzünküdür, bu isə qıraqdan gələndir”. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Hesab edirəm ki, bu problemi cənab prezident həll etməlidir.

Bir misal da gətirim. Təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Digərləri, gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir”.

“Xarici işlər naziri Elmar Məmmədyarov istefaya göndərilməlidirmi” sualına cavabında T.Zülfüqarov bildirib ki, bu, ölkə başçısının səlahiyyətinə aid olan məsələdir: “Mənim fikirimi soruşsanız, ciddi addımlar atılmalıdır, özü də ən ciddi addımlar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024