Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-04-2014, 11:45)
“Ərdoğan xeyir-dua almağa gəlir”

“Son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir”.

 

Mediatv.Az bildirir ki, bu sözləri “Axar.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

Ərdoğan Azərbaycana jest edir

 

O, Ərdoğanın bu səfərlə Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirdiyini bildirib: “Ümumiyyətlə, Ərdoğandan əvvəlki prezident və baş nazirlər hər zaman birinci səfəri Azərbaycana ediblər. Ərdoğan Azərbaycanın daşıdığı strateji əhəmiyyəti başa düşüb. Həm də son seçkilərdə gördük ki, Azərbaycandan gələn mesajlar Türkiyə seçicisinin əhval-ruhiyyəsinə təsir etmək gücündədir. Xüsusən də Azərbaycan siyasi rəhbərliyinə bəslədiyi münasibət bəzən həlledici ola bilər. Mən düşünürəm ki, Ərdoğan bu səfəri etməklə həm jest edir, həm də Azərbaycanın artan siyasi çəkisinə dəyər verdiyini nümayiş etdirir”.

 

Ərdoğan siyasi karyerasında dəyişiklik edir

 

Politoloq səfər zamanı Baş nazirin siyasi karyerasında dəyişiklik etmək istədiyini qeyd edib: “Ərdoğan siyasi karyerasında dəyişiklik etmək istəyir. Ölkə prezidentliyinə namizədliyini vermək niyyətindədir. Bayaq dediyim kimi, Türkiyədəki seçkilərdəki əhval-ruhiyyəyə Azərbaycanın təsir etmək imkanını Ərdoğan hər zaman anlayıb. Ən azı, orada 2 milyon azərbaycanlı var və bir sıra partiyalarla Azərbaycanın yaxşı əlaqələri mövcuddur. Bu səfər proqramına həm Azərbaycan rəhbərliyinin əhval-ruhiyyəsini proqnozlaşdırmaq, həm də onların xeyir-duasını almaq kimi məsələlər daxildir”.

 

“Petkim”in bütün səhmləri SOCAR-ın olacaq

 

Q.Hüseynli iki ölkə arasında müzakirə ediləcək məsələnin çox olacağını söyləyib: “Düzdür, nurçularla bağlı hansısa siyasi, diplomatik formada məsələlərə eyham vurula bilər. Amma gündəlik müzakirələrə çevrilə bilməz. Çünki bu, artıq daxili işlərə qarışmaq kimi görünərdi. Hər şey diplomatik etika çərçivəsində olmalıdır. Amma iki ölkə arasında kifayət qədər müzakirə ediləcək ciddi problemlər var. Problemlər içərisində yaxınlaşan erməni məsələsinin 100 illiyi ərəfəsində iki ölkənin koordinasiya edilmiş hərəkəti müzakirə oluna, İzmir yaxınlığındakı neftayırma zavodunun məsələsi müzakirəyə qoyula bilər. “Petkim” deyilən iri neft sənayesi kompleksinin bütün səhmlərinin hamısının Azərbaycana satılması məsələsi də müzakirə mövzusuları sırasındadır”.

 

Nurçuların obyektləri dövlət nəzarətinə alınıb

 

O, nurçularla bağlı məsələyə də toxunula biləcəyini deyib:

“Ola bilsin, nurçular məsələsinə də toxunulsun. Çünki Azərbaycan siyasi hakimiyyəti bununla bağlı kifayət qədər diqqətli addımlar atıb. Onların bütün şəbəkələrinin hamısı dövlət nəzarətinə alınıb. Bundan artıq nəsə etmək mümkün deyil. Doğrudur, mətbuat bəzi adamlar haqqında ifşaedici məlumatlar yayır, amma hər halda məsələ cəmi 90% qapanmış hesab edilə bilər”.

 

Qeyd edək ki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024