Siyasət (13-05-2015, 19:48)
Məmmədyarov Viktoriya Nulandla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didye Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və Xorvatiyanın Baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusiç ilə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb.
Həmçinin ABŞ tərəfinin xahişi ilə nazir E.Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland ilə görüşüb. (azvision.az)