Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 11:08)
Vüsal Şilderin qətlinə görə ittiham edilən şəxslə bağlı qərar dəyişdirildi

 Ali Məhkəmədə milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı Vüsal Şilderin qətli ilə bağlı ittiham edilən Seymur Talıbovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü onun Cinayət Məcəlləsinin (CM) 120.2.1 və 120.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə aid hissədə dəyişdirilib. Seymur Talıbovun əməli CM-in 120.2.1 və 120.2.5-ci maddələrindən həmin Məcəllənin 32.5, 120.2.1 və 32.5, 120.2.5-ci maddələrinə tövsif edilib. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd: Qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Naməlum şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, Vüsal Şilderi qətlə yetirib.

İki gün sonra Elman İsgəndərov şübhəli şəxs qismində tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayəti iştirakçısı Xəyal Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hadisəni törətməkdə təqsirləndirilən Elman İsgəndərov 14 il 6 ay, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Seymur Talıbovun CM.-in 307.1-ci maddəsi ilə məhkum olunmasına aid hissədə ləğv edilib. Onun CM-in 120.2.1 və 120.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 10 il müddətinə azadlıqdan mərhum edilib. Anket məlumatlarında qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli qərarı ilə Seymur Talıbovun barəsində axtarış elan edilib və 30 yanvar 2024-cü il tarixdə tutulub.

İttihama görə, keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Yaşar Sümer və Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin keçmiş rəis müavini olmuş K.Babayev qabaqcadan əlbir olaraq 2013-cü il aprel ayının 11-də Vüsal Şilder tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər.

Aparılan araşdırmalar zamanı V.Şilderin qətlə yetirilməzdən öncə maşınına narkotik vasitə atılması da məlum olub və həmin cinayət işinə görə İ.Məmmədov, Q.Novruzov, K.Babayev və Y.Sümer saxlanılıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İ.Məmmədov 6 il 6 ay, Q.Novruzov 6 il 6 ay, Y.Sümer 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. K.Babayevə isə 4 il şərti cəza verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə K.Babayevə aid hissədə hökm dəyişdirilib. Belə ki, onun barəsində 2 il sınaq müddəti təyin olunmasına dair müddəalar hökmdən xaric olunub. K.Babayevin təqsirliliyi sübuta yetirilmədiyinə görə, Cinayət Məcəlləsinin (CM) 32.5-ci (cinayətin törədilməsinə məsləhətləri), 186.2.2-ci (əmlakı qəsdən məhv etmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə) maddələri ilə ona bəraət verilib. CM-nin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 1 ilə endirilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 06 fevral 2017-ci il tarixdən hesablanıb.

Xatırlatma: V.Şilderin atası Adolf Şilder bir vaxtlar “Mercedes Benz”in Azərbaycan nümayəndəliyinin rəhbəri olub.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
10 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025