Sosial (Bu gün, 11:41)
“VEST PARK”ın tarixi binaya vurduğu zərər müzakirələrə səbəb oldu - Bu sahəyə nəzarət niyə zəifdir?
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə “VEST PARK” MMC tərəfindən aparılan tikinti işləri nəticəsində ziyan görməsi müzakirə yaradıb. Belə halların paytaxt ərazisində birinci hal olmadığı, tikinti şirkətlərinin tarixi binalara zərər vermələri gündəmə gətirilib.
Tanınmış memar Abdul Hüseynov Pravda.az-a açıqlamasında deyib ki, bu sahəyə nəzarət artırılmalıdır.
Memar bildirib ki, baş verənlər tarixi abidələrə qarşı birinci hal deyil: “Sözügedən bina XIX əsrin sonu, XX əsrin əvvəlində tikilib. Lakin elə binalar var ki, məsələn, Səbail rayonunda yerləşən tarixi bina korifey memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşov tərəfindən layihələndirilib. Orada artıq ikinci ildir, təmir işləri aparılır. Bir müddət işi dayandırdılar, sonra binanın dam örtüyünü dağıtdılar. Bu barədə də nə qədər yazdıq. Aidiyyəti dövlət strukturlarına yazıldı ki, bu, yenidənqurmadırsa, layihəsi olmalıdır. Ən azından məlumatlar sistemdə yerləşdirilməlidir. Məlumatlar ictimaiyyətə çatdırılmadı. Neçə müddətdən sonra gördük ki, orada yanğın baş verib. Bununla bağlı Memarlar İttifaqı Baş Prokurorluğa müraciət edib. Çünki bu, az sayda qalan konstruktivizm binalarından biridir. Xeyli bina dağıdılıb. Mikayıl Hüseynov və Sadıq Dadaşovun bu il yubileyidir, Prezident İlham Əliyevin Sərəncamı ilə Mikayıl Hüseynovun 120 illiyi qeyd edilib. Sözügedən abidə isə indi qəzalı vəziyyətə çatdırılır, heç bir məlumat da yoxdur. Eyni hal Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi ilə bağlı baş verir. Burada insanlar yaşayırlar və bina qəzalı vəziyyətə çatdırılır. Qısaqapanmadan problem də yarana bilər, çünki dam örtüyü zədələnib. Tendensiya belədir ki, yeni tikilən yaşayış kompleksləri kifayət qədər tarixi abidələrə yaxın tikilir. 4-cü paralel küçəsində - "Kubinka" ərazisində də yaşayış kompleksi tikilir və yanındakı bina tarixi memarlıq abidəsidir. Həmin abidə Fiqarovların yaşayış evi idi, üçmərtəbəli çox gözəl tarixi binadır. Təxminən, üç ilə əvvəl o ərazidə hasarlanma işləri başlayanda həmin adidəni də hasarladılar. İctimai hərəkat kimi məsələ qaldırdıq ki, niyə hasarlayırsınız? Bu bərpadırsa, informasiya lövhəsi olmalıdır. Əks halda, niyə binanı hasarlamısınız? Hasarın arxasında müxtəlif proseslər baş verə bilər. Bir müddət sonra hasarı sökdülər. İndi isə hazırda orada tikinti işləri aparılır. Həmin ərazidə tarixi binaya kifayət qədər yaxın məsafədə çoxmərtəbəli yaşayış kompleksi tikilir. Bina relyefin üzərində yerləşir, bunu nəzərə almaq lazımdır. Yəni bir sözlə, dövlət qurumları bu məsələlərə nəzarəti artırmalıdırlar”.
Qeyd: Tarixi və memarlıq abidələrinin qorunmasına nəzarət edən orqan Mədəniyyət Nazirliyinin tabeliyində olab Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətid
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
9 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025
8 12 2025


























