Sosial (6-04-2023, 14:01)
Keçmiş vəzifəli şəxsə elektron qolbaq taxıldı - TƏFƏRRÜAT
Ali Məhkəmədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Qax rayon Məşğulluq Mərkəzinin sabiq direktoru Qasım Qasımovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb.Mediatv.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib. Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib.
Belə ki,Qax Rayon Məhkəməsinin hökmünün Qasım Qasımov barəsindəki Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hissəsi ləğv edilib və həmin hissə məhkumun ittihamından xaric olunub.
Bundan başqa, Qax Rayon Məhkəməsinin hökmündən Qasım Qasımovun Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cəza təyin edilməsi və həmin cəzanın Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təyin edilmiş cəzanı əhatə etmək yolu ilə qəti cəzanın müəyyən edilməsi barədə müddəalar çıxarılıb.
Məhkum üzərində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4 maddələri təyin edilmiş 2 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası saxlanılıb.
İttihama görə, Qasım Qasımov Qax rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışan zaman həmin quruma ayrılmış pulları dələduzluq yolu ilə ələ keçirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























