Kriminal (Bu gün, 09:00)
Prokuror məktəb direktorunun əmlaklarının xüsusi müsadirə edilməsini istəyir

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunub.
Dövlət ittihamçısı hesab edib ki, apelyasiya instansiyası məhkəməsinin qərarı Əmrah Səfərovun mülkiyyətində olan mənzilə, 1999-cu il buraxılışı olan “Mercedes C180” markalı avtomobilə xüsusi müsadirənin tətbiq edilməsi və üzərinə həbs qoyulması ilə bağlı müddəaların çıxarılması hissəsində qanunsuz və əsassızdır və ləğv olunmalıdır.
Qərara əsasən, kassasiya protesti təmin edilib, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılması qərara alınıb.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Ə.Səfərovun evi və maşını müsadirə edilib. İttihama görə, Ə.Səfərov 63 min 636 manat məbləğində mənimsəmədə ittiham olunur. Onun barəsində istintaq dövrü müddətində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. İş üzrə zərərçəkmiş qismində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tanınır.
Qeyd: Xüsusi məktəbdə yetkinlik yaşına çatmayan məhkumlar təhsil alır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
23 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025
22 05 2025