Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 21:30)
FHN-dən "Qafqaznet"ə daha bir tender - Vu il 2,5 milyonluq sifariş verilib

 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Qafqaznet” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, qurum şirkətdən müxtəlif təyinatlı maddi aktivlər alacaq. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 572 772,39 manatdır. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Qafqaznet” şirkəti daha çox FHN və ona tabeli qurumların keçirdikləri tenderlərin qalibi seçilib. Şirkət cari ildə FHN və ona tabeli qurumlardan 2 532 968,93 manatlıq sifariş alıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaznet" şirkəti 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi Əfəndiyev Ramiq Natiq oğludur. 

Açıq mənbələrdə Ramiq Əfəndiyev haqqında heç bir məlumat yoxdur. 

Mediada gedən məlumatlara görə, "Qafqaznet” şirkəti fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. Şirkətin FHN və ona tabeli qurumların keçirdikləri tenderlərdə qalib elan edilməsi də məhz bununla bağlıdır. 
шаблоны для dle 11.2

Xəbər lenti
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
24 12 2025
23 12 2025
23 12 2025
23 12 2025
23 12 2025