İqtisadiyyat (20-12-2014, 17:03)
Azərbaycanın ən çox ticarət apardığı ölkələr
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 28 mlrd. 825 mln. 592 min dollar məbləğində ticarət əməliyyatı aparıb
PİA.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məbləğin 22 mlrd. 388 mln. 105 min dolları 15 ölkənin payına düşüb.
Beləliklə, Azərbaycanla ən çox ticarət aparan 15 ölkəni təqdim edirik.
Əvvəlki illərdə olduğu kimi, bu il də İtaliya ticarət dövriyyəsində öndədir. Bu ilin 11 ayında bu ölkə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 4 mlrd. 856 mln. 865 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 17%-ni tutub.
Azərbaycanın ən çox ticarət apardığı ikinci ölkə əvvəlki ilin müvafiq dövründən fərqli olaraq bu il Almaniya olub. Ötən il dördüncü ticarət tərəfdaşı olan bu ölkə bu il ötən il bu yerdə olan İndoneziyanı üstələyib. Bu ilin müvafiq dövründə Almaniya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcmi 2 mlrd. 435 mln. 080 min dollar təşkil edib ki, bu da ümumi dövriyyənin 8%-i deməkdir.
Bu ilin 11 ayında Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşı olan İndoneziya ilə əməliyyatların məbləği 2 mlrd. 043 mln. 629 min dollar təşkil edib.
Hesabat dövründə ticarət əməliyyatlarında növbəti sıralarda olan Rusiya Federasiyası ilə 1 mlrd.767 mln. 666 min dollar, Fransa ilə 1 mlrd.623 mln. 148 min dollar, Türkiyə ilə 1mlrd. 592 mln. 462 min dollar, İsraillə 1 mlrd. 532 mln. 263 min dollar, ABŞ-la isə 1 mlrd. 248 mln. 594 min dollar məbləğində ticarət əməliyyatı aparılıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ən çox ticarət apardığı digər ölkələr isə belədir: Böyük Britaniya (987 mln.279 min dollar), İspaniya (827 mln. 662 min dollar), Hindistan (810 mln. 869 min dollar), Tailand (795 mln. 641 min dollar), Çin (686 mln. 450 min dollar), Çexiya (634 mln.821 min dollar), Gürcüstan (545 mln.669 min dollar).

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025