İqtisadiyyat (16-12-2014, 17:17)
Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırıb
Son 4 ay ərzində Azərbaycan, Belarus və Qazaxıstandan Moskvaya ət və süd məhsullarının ixracı ikiqat artıb
Ümumilikdə satışa çıxarılan malların çeşidi demək olar ki, azalmayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Moskva Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuk deyib.
Çeşidlərin təhlili, əsasən, istehlak səbətinə daxil olan 40 əsas ərzaq üzrə aparılıb.
A.Nemeryukun sözlərinə görə, Moskvanın xidmət şəbəkələri Rusiyaya gətirilməsinə qadağa qoyulan məhsulların əvəz edilməsinin öhdəsindən pis gəlməyib: "Haradasa biz də onlara kömək etdik. Biz bir neçə dəfə Belarusa səfər etdik. Ət və süd məhsullarının dövriyyəsi son dörd ay ərzində demək olar ki, iki dəfə artıb. Azərbaycan və Qazaxıstandan olan digər həmkarlarımızla da vəziyyət eynidir".
O, əlavə edib ki, şirkətlərin təhlilinə əsasən, çeşidlər demək olar ki, azalmayıb: "Bir mövqe azalıb, üçü isə artıb. Beş, yaxud altı faiz düşüb, ola bilsin ki, on faiz artıb. Onların başqa həcmdə olması ayrı məsələdir".
Qeyd edək ki, Azərbaycanın xarici ticarət tərəfdaşları siyahısında Rusiya 4-cü yeri tutur. Bu ilin yanvar-noyabr aylarının yekunları üzrə Rusiya ilə ticarət dövriyyəsi 1,77 milyard dollar təşkil edib. Bu da ölkənin ticarət əməliyyatlarının ümumi həcmində 6,13 faiz təşkil edir.
Azərbaycan məhsullarının ixracının həcminə görə Rusiya onuncu yerdədir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024