İqtisadiyyat (21-11-2014, 17:52)
Bakıya yeriyən bankomatlar gətirilir
Qərbi Avropa ölkələrindən 300-ə yaxın yeni bankomat alınacaq
Qərbi Avropadan Azərbaycana səyyar bankomatlar sifariş edilib.
Bunu ANS PRESS-ə açıqlamasında Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev bildirib. Onun sözlərinə görə, iri şəhərlərdən fərqli olaraq bölgələrdə adi bankomatların fəaliyyəti o qədər də məhsuldar deyil. Ona görə də bu il 300-ə qədər bankomat sifariş edilib ki, bunların içərisində səyyar bankomatlar da var.
Onun sözlərinə görə, həmin səyyar bankomatlar rayonlara göndəriləcək. 1 ay ərzində həmin ərazidə yaşayan pensiyaçıların pensiyasını nəğdləşdirəcək. Daha sonra növbəti rayona keçəcək. "Bu tip bankomatların fəaliyyəti həm bank, həm də əhali üçün daha rahat və asan olacaq. Həmçinin pensiyaların verilməsi prosesini də sürətləndirəcək", - deyə Rauf Ağayev əlavə edib.
Onun sözlərinə görə, adi bankomatlar daha çox əhalini elektron kartlardan istifadə etməyə, alış-veriş və kommunal xərcləri nəğdsiz ödənişlərlə etməyə həvəsləndirmək üçün nəzərdə tutulub: "Lakin rayon yerlərində bu xidmətlərdən, demək olar ki, istifadə olunmur. Bundan başqa, xüsusilə ucqar rayonlarda elektron və rabitə təchizatının kifayət qədər keyfiyyətli olmaması da bankomatların normal fəaliyyətinə mane olur".
O həmçinin bildirib ki, rayonlarda bankomatların yerləşdirilməsi Əmək və Əhalinin Sosial Müdafiə Fondunun dislokasiyası əsasında aparılır. "Fond hansı rayonda nə qədər pensiyaçının olduğunu müəyyənləşdirir və bunun əsasında da bankomatların yerləşdirilməsi aparılır. Buna görə də tezliklə şərait və ehtiyaca uyğun olaraq bəzi yerlərdə yeni bankomatlar quraşdırılacaq, ehtiyac olan ərazilərdə isə səyyar bankomatlar fəaliyyət göstərəcək", - deyə Rauf Ağayev bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024