Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (12-02-2014, 18:38)
Fuad Ələsgərovdan "ASAN" xidməti ilə bağlı ilginc izahat

 

Trend Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsini təqdim edir
- Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli Fərmanı ilə "ASAN xidmət" mərkəzlərinə hansı yeni xidmətlər əlavə edilmişdir?
- Azərbaycan Respublikasının Prezidenti yalnız "ASAN xidmət" mərkəzlərinin coğrafiyasının deyil, həm də mərkəzlərdə göstərilən xidmət növlərinin sayının artırılması, daha geniş sahələr üzrə vətəndaşlara keyfiyyətli və şəffaf xidmətlərin göstərilməsi barədə ciddi tapşırıqlar vermişdir.
Əgər bu günə qədər "ASAN xidmət" mərkəzlərində 25 hüquqi xidmət göstərilirdisə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin xidmətlərin dairəsi daha da genişləndirilmişdir. Prezident İlham Əliyevin imzaladığı 2014-cü il 11 fevral tarixli Fərmanla:
- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi,
- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması və çıxarışların, texniki pasportların verilməsi,
- yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata qəbulu və hərbi qeydiyyatdan çıxarılması,
- xaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə apostil verilməsi üçün sənədlərin qəbulu xidmətləri "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcəkdir.
Azərbaycan Prezidentinin Fərmanı ilə elektron xidmətlərin dairəsi də genişləndirilmişdir. Belə ki, Fərmanda nəzərdə tutulan "ASAN ödəniş" sistemi elektron xidmət olaraq həm nağdsız ödənişlərin aparılmasını stimullaşdıracaq, həm də bütün inzibati cərimələrin, məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsini təmin edəcəkdir.
Məsələn, hər hansı sürücü yol hərəkəti qaydasını pozduqda qəbul edilən inzibati cərimə barədə qərar və törətdiyi qayda pozuntusunun foto və ya videoçəkilişi "ASAN ödəniş" sistemi vasitəsilə həmin sürücünün e-mail ünvanına və ya mobil telefon nömrəsinə göndəriləcəkdir. "ASAN ödəniş" sistemi vətəndaşı cərimənin ödənilməsi müddətinin bitməsi barədə xəbərdar edəcəkdir. Vətəndaşlar istənilən inzibati cəriməni heç bir dövlət orqanına getmədən mobil telefonla ödəmə imkanı əldə edəcəklər.
Bundan əlavə, cərimələrin digər alternativ ödəmə üsulu da nəzərdə tutulmuşdur. Belə ki, vətəndaşlar cərimələri ticarət mərkəzlərində, yanacaqdoldurma məntəqələrində, avtomobil dayanacaqlarında və əhalinin intensiv istifadə etdiyi digər ictimai yerlərdə quraşdırılmış xüsusi terminallar vasitəsilə ödəyə biləcəklər. "ASAN ödəniş" sistemi, eyni zamanda, cərimə və digər pul vəsaitlərinin ödənilməsi barədə məhkəmə qərarlarını icra etmək üçün ödənişlərin məhkəmələrin inzibati binalarında və digər ictimai yerlərdə quraşdırılan xüsusi terminallar vasitəsilə ödənilməsini təmin edəcəkdir.
Cəriməni qısa müddət ərzində ödəyən şəxslər cərimə məbləğinin müəyyən faizi məbləğində ödənişdən azad olunacaqlar. "ASAN ödəniş" sistemi imkan verəcəkdir ki, vətəndaş cərimə olunması barədə məlumat əldə etsin və cəriməni dərhal ödəməklə müəyyən edilmiş güzəştdən yararlana bilsin. "ASAN ödəniş" sistemi bütün dövlət orqanları tərəfindən tətbiq edilən inzibati cərimələri ödəmək imkanı yaradacaqdır. Artıq həmin sistemin yaradılması üçün institusional və praktiki tədbirlər görülməsinə başlanılmışdır.
Bu islahatlar bir neçə məqsədə xidmət edir:
- vətəndaşla dövlət orqanı əməkdaşı arasında birbaşa təması istisna edir,
- şəffaflığı və operativliyi təmin edir,
- korrupsiya və digər mənfi halların qarşısını alır,
- habelə hüquq qaydalarını pozan şəxslərin cəriməni ödəməkdən yayınma halları aradan qalxır.
- Ümumiyyətlə, ölkəmizdə dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid reyestri aparılırmı?
- Fərmanda Nazirlər Kabinetinə dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin reyestrinin elektronlaşdırılması ilə bağlı təkliflərini təqdim etməsi barədə tapşırıq verilmişdir.
Hazırda dövlət orqanlarının göstərdikləri bütün xidmətlərin ümumi sayı və onların reyestrinin aparılması istiqamətində müəyyən işlər görülür. Xidmətlərin reyestrinin elektron qaydada aparılması bizə hansı xidmətlərin göstərildiyi və onlardan hansıların elektronlaşdırıldığını müəyyən etməyə imkan verəcəkdir. Bununla "elektron hökumət"ə keçid prosesi daha da sürətlənəcəkdir.
- "ASAN xidmət" mərkəzlərinin son 1 il ərzində fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradılan "ASAN xidmət" fəaliyyətə başladığı 1 il ərzində qarşısına qoyulan vəzifənin öhdəsindən layiqincə gələrək insanların etimadını doğrultmuşdur. "ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsi sahəsində müasir texnologiyaların tətbiqi ilə korrupsiya hallarının istisna edilməsinə, şəffaflığın, vətəndaş məmnunluğunun təmin edilməsinə nail olmuşdur.
"ASAN xidmət"in ötənilki fəaliyyəti ilə bağlı qısa məlumat vermək istərdim. Hazırda Bakı şəhərində 3, Sumqayıt və Gəncə şəhərlərində 1 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.
"ASAN xidmət" mərkəzlərinin fəaliyyət dairəsinə daxil olan əhalinin sayı 3 milyon 500 min nəfərə qədərdir. Bu da ölkə əhalisinin təxminən 37 faizi deməkdir.
Fəaliyyətə başladığı vaxtdan bu günədək "ASAN xidmət" mərkəzlərinə 1 milyon 100 mindən artıq insan müraciət etmiş və müxtəlif xidmətlərdən yararlanmışdır. O cümlədən mərkəzlərin əhatə etmədiyi rayonlarda xüsusi texniki vasitələrlə təchiz edilmiş avtobuslar vasitəsilə 60 minədək vətəndaşa səyyar xidmət göstərilmişdir.
Eyni zamanda, fevralın 1-dən vətəndaşların istəyindən asılı olaraq onların mərkəzə gəlmədən arzuladığı yerdə xidmətlərdən yararlanması üçün səyyar xidmətlər həyata keçirilməyə başlanmışdır. Xüsusi vurğulamaq istərdim ki, səyyar xidmət kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə ödəniş aparılmadan həyata keçirilir.
Əlillərə mərkəzə gəlmədən evində ödənişsiz səyyar xidmət göstərilməsi Prezident İlham Əliyevin əlillərin sosial müdafiəsi sahəsində həyata keçirdiyi siyasətin tərkib hissəsidir və bunu sosial həmrəylik layihəsi kimi səciyyələndirmək olar.
Gün ərzində 6000-6500 vətəndaş "ASAN xidmət" mərkəzlərinə müraciət edir. 2013-cü il fevralın 1-dən fəaliyyətdə olan "Çağrı Mərkəzi"ndə ("Call center"də) 148.000 zəng qeydə alınmışdır. Bundan əlavə, sosial şəbəkələr (Facebook, Twitter, Instagram) vasitəsi ilə 35.000-ə yaxın müraciət qəbul edilmişdir. "ASAN xidmət" mərkəzinin rəsmi Facebook səhifəsi 2012-ci il oktyabrın 20-də fəaliyyətə başlamışdır. Rəsmi səhifəyə qoşulan abunəçilərin sayı isə 115 mini keçmişdir.
Mərkəzlərdə aparılan rəy sorğuları və exit-poll-ların nəticələrinə görə vətəndaşların 95-100 faizi "ASAN xidmət"dən razıdır. Bu günədək Dövlət Agentliyi tərəfindən mərkəzlərdə işləyən bütün əməkdaşlara etik davranış, ünsiyyət qurmaq bacarığı, stress menecment, sosial həssaslıq, vaxtın idarə edilməsi, korporativ mədəniyyət və s. mövzularda 183 təlim keçirilmişdir.
Eyni zamanda, bildirmək istəyirəm ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransdakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər bir dövlət qulluqçusunun fəaliyyətinin əsas prinsiplərini müəyyən etmişdir: "Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır".
"ASAN xidmət"in bütün əməkdaşları da çalışır ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu prinsiplərə dönmədən əməl etsinlər.
- Cəmiyyətdə belə bir təəssürat yaranıb ki, "ASAN xidmət" gənclər qurumudur.
- Bu tamamilə doğrudur. "ASAN xidmət" əməkdaşlarının tam əksəriyyəti gənclərdir, onların orta yaş həddi 24-dür. "ASAN xidmət"ə işə qəbul tam şəffaf və ədalətli qaydalarla aparılır. Xidmətin kadr və idarəçilik sistemi ən yüksək beynəlxalq standartlara cavab verir.
"ASAN xidmət"də könüllülük geniş vüsət almışdır. Ümumilikdə "ASAN xidmət" mərkəzlərində mindən artıq gənc könüllülük fəaliyyətinə cəlb olunmuşdur. Onlar "ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşlara hörmət və nəzakətlə yardım edirlər. Gənclər yüksək həvəs nümayiş etdirir, dövlət orqanlarının fəaliyyətinə böyük maraq göstərirlər. Bu, gənclərin gələcəyi üçün stimul yaradır.
Belə ki, ali təhsilini bitirmiş və könüllü kimi fəaliyyətini başa çatdırmış gənclərin bir hissəsi "ASAN xidmət" mərkəzlərində və digər dövlət qurumlarında işlə təmin edilmişlər.
Əldə olunan nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa dəstəyi və güclü siyasi iradəsi ilə mümkün olmuşdur

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024