Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-03-2014, 18:34)
Əmək kitabçalarının ləğvi bizə nə verəcək?

'

 

 

Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov əmək kitabçalarının ləğv olunacağı ilə bağlı məlumat verib


O bildirib ki, hər hansı bir əmək kitabçasına əlavə ehtiyac qalmayacaq: “Bu, dünyada sivil qaydadır və hər yerdə tətbiq olunur. Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, məsələ hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq”.

Əmək kitabçaların ləğvi yalnız əmək kitabçasından başqa bir şeyi olmayan işçiləri çox narahat edir. Dövlət işində deyil, özəl şirkətlərdə işləyənlərin vəziyyəti daha ağırdır. Çünki onlar neçə il bu iş yerində işləsələr də, onların sığorta hesablarına pul köçürülmür və pensiya vaxtı çatdıqda, pensiya almaqdan məhrum olurlar.

Əmək kitabçasının ləğv olunması hansı problemlər yaradacaq, prosesin müsbət və mənfi cəhətləri hansılardır kimi suallara cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

Hüquqşünas Müzəffər Baxışov belə bir kitabçaya ehtiyac olmadığını düşünür: “Əmək və Əhalinin Sosial müdafiə naziri belə bir təşəbbüslə çıxış edib ki, əmək kitabçası ləğv edilsin. Əmək pensiyaları haqqında və digər qanunlarda da qayda belədir ki, o insanlar pensiya ala bilərlər ki, onlar Dövlət sosial fonduna pul ayırmaları etsinlər. Ən azı 15 il müddətində Dövlət sosial fonduna pul ayırmaları edən vətəndaşlar – qadınlar 60, kişilər 65 yaşına çatanda pensiya hüququ əldə edəcəklər. Əmək kitabçası artıq formal bir şeydir. Əgər muzdlu fəaliyyətlə məşğulsunuzsa onda Dövlət sosial fondunun hesabına hər ay sizin adınıza pul köçürmələri olur. Kimsə tək başına sahibkarlıqla məşğul olur, o da fondda öz hesabına pul köçürə bilər. Yaşın çatanda da pensiyanı alarsan. Pensiya əmək kitabçasına görə deyil, sığortaya görə müəyyən edilir. Əmək kitabçasının ləğvi insanların pensiya hüquqlarının təminatında heç bir problem yaratmayacaq. Avtomatik elektron informasiya sistemində hər şey görünəcək”.

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da əmək kitabçalarının əhəmiyyətsiz bir sənəd olduğunu deyir: “Əmək kitabçaları sovet dövründəki əhəmiyyətini itirib. Ona görə onun ləğvi müsbət haldır. Onun idarələrdə dövriyəsi, qeydiyyata alınması uzun vaxt tələb edir. Bu məsələ çoxdan müzakirə olunur, artıq dövlət özü də bu qərara gəlib. Sistem elə təşkil olunacaq ki, işçi internet vasitəsilə daxil olub əvvəlki iş məlumatına, hesabına baxacaq. Eləcə də işə götürən idarə də işçinin əvvəlki hesabına baxa bilər, yeni məlumatını da daxil etməlidir. Hesabda daimi yenilənmə getməlidir. Hazırda işləməyənlər üçünsə, məşğulluq mərkəzləri onların əvvəlki iş məlumatlarını həmin bazaya daxil etməlidir. Artıq pensiya alanların əmək kitabçalarını isə elektron hesaba daxil etməyə ehtiyac yoxdu. O əmək kitabçalarına ki, iş yerləri yazılıb, işçiyə maaş verilməyib, sosial sığortaya cəlb olunmayıb o nə əmək, nə də sığorta stajı sayılmır”.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024