Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (19-11-2014, 19:12)
Azərbaycanda 7 milyard manatlıq əmanətin 5 milyardı bata bilər - özəl

 

“Mərkəzi Bankın 2014-cü ilin 3-cü rübünün məlumatlarına görə, Azərbaycan banklarında əmanətlərin həcmi 7 milyard manata çatıb. Hazırda Mərkəzi Bank bu əmanətlərin yalnız 29 faizinin, cəmi 2 milyard manatının təhlükəsizliyinə təminat verir. Bu o deməkdir ki, banklar bağlanarsa 5 milyard manatlıq əmanət bata bilər”. Bu barədə istiqlal.az-a bank sektorundakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda son beş ildə qorunan və kompensasiya olunan əmanətlərin əhatə dairəsi getdikcə məhdudlaşıb: “Mərkəzi Bankın 2014-cü ilin son doğğuz ayının statistik məlumatlarına əsasən hazırda banklarda olan əmanətlərin təqribən 29%-i kompensasiya olunur. Ən acınacıqlısı oldur ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qeyd edilən bu beş il ərzində qeyd olunan bu mənfi tendensiyanın qarşısını almaq əvəzinə demək olar ki, heç bir iş görməmişdir. Əksinə bu dövr ərzində çox milyonluq əmanətçiləri aldadıcı məlumatlar verilmişdir. Əmanətçilərin maarifləndirilməsi və məlumatlandırılması üçün ən sadə addımları belə ata bilməmişdir. Bu dövr ərzində fondun icraçı direktoru Azad Cavadov daha çox özünün uçuz reklamına sərf etmişdir. Məsələn, Fondun internet ünvanında göstərilir ki, Fondun təşkilatçılığı və təşəbbüskarlığı ilə tədbirlərin keçirildiyi göstərilir. Doğurdan da Fondun icraçı direktoru təşkilatçıdırsa nəyə görə Fonda rəhbərlik etdiyi dövr ərzində işçi heyyətini 3 dəfə dəyişdirmiş və hazırda işçilərin demək olar ki, hamsı qohum, dost və yaxın tanış adamlardan ibatədir. Bir də təşkilatçı insan işdən qovularmı? Nəzərə almaq lazımdır ki, Azad Cavadov əvvəllər işlədiyi bütün kollektivlərdə işçi heyyəti ilə ciddi problemləri olmuşdur. Bu baxımdan bank sektorunda dalaşqan imici formalaşdırmışdır. Əgər fondun direktoru təşəbbüskardırsa nəyə görə bu yeddi il ərzində əmanətçilərin müaarifləndirilməsi üçün bir dənə dənə də olsun iş görməyib? Fondun internet ünmanına yerləşdirilən bir sıra materialların xüsusilə də fondun strategiyasının iqtisadi, hüquqi və elmi əsaslarının olmaması, Fondun internet ünvanına yerləşdirilən digər materialların bir çoxunda isə Azərbaycan dilinin orfoqrafiq qaydalarına uyğun olmaması onu deməyə əsas verir ki, Fondun icraçı direktoru iqtisadi baxımdan savadsız, peşəkər idarəetmədən isə uzaq birisidir. Bu baxımdan Fondun icraçı direktoru daha çox qohum, tanış və yaxın adamlarla işləməyə üstünlük verir. Bütün bu qeyd olunanlar Azərbaycanda əmanətçiləri pesimis düşünməyə vadar edən amillərdəndir. Bununla bağlı dünya təcrübəsini deyil, təkcə MDB ölkələrinin oxşar qrumlarının təcrübəsini xatırlatmaq kifayətdir. Belə ki, MDB ölkələrinin demək olar ki, əksəriyyətinin oxşar qrumlarında icraçı direktorlar ən azı bir neçə dəfə dəyişdirdiyi halda Azərbaycanda idarəetmənin bütün sahalərində olduğu kimi bank sektorunda da sistemin nə qədər inzibatçı, sərt olduğunu təsəvvür etmək mümkündir. Beynəlxalq təcrübədə insanlara vəzifə ya intelektiual potensialları nəzərə alaraq, ya da idarəetmə qabıliyyətləri nəzərə alınaraq iş verilir. Azərbaycanda isə bunların heç birinə qəti əhəmiyyət verilmir. Belə olan halda sual olunur nisbətən kiçik vəzifələrdən qovulan Azad Cavadov Mərkəzi Bankın sədri hansı prinsipləri əsas götürərək respublika əhəmiyyətli vəzifəyə - Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna direktoru təyin edib?”
Məsələ ilə bağlı  Mərkəzi Bankın mövqeyini öyrənmək mümkün olmayıb. Davamlı zənglərimizə baxmayaraq bankın mətbuat xidmətindən telefonu qaldıran tapılmadı.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024