Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (24-09-2014, 19:31)
Azərbaycanda 4 milyard manat əmanət bata bilər - Elman Rüstəmovu necə aldatdılar? (Özəl)

 

Son günlər Azərbaycanda bir sıra bankların zərərlə işləməsi səbəbindən onların bağlanması, yaxud birləşməsi məsələsi aktuallaşır. Bu səbəbdən banklarda olan əmanətlərin qorunması məsələsinin aktuallığı daha da artıb. 2014-cü ilin II rübünün məlumatlarına görə, fiziki şəxslərin cəmi əmanətləri 6 milyard 335 milyon manat olub ki, bunun da yalnız 1 milyard 931 milyon manatı və ya cəmi 30 faizi qorunur. Bu o deməkdir, banklarda olan cəmi əmanətlərin 70 faizi və ya 4,4 milyard manatı batmaq təhlükəsi ilə üzləşib.

Mərkəzi Bankdakı mənbələrdən Avropa.info-ya verilən məlumata görə, kompensasiya olunan əmanətlərin əhatə dairəsinin 30 faiz həddinə enməsi Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun yarıtmaz fəaliyyəti ilə bağlıdır: “Son 6 ildə Azərbaycan Əmanətlərin Sığortalanmsı Fondunun icraçı direktoru daha çox tədbir və onlayın seminarlar təşkil etməklə məşğul olmuşdur. Bunu Fondun internet ünvanından da görmək olar. Burada daha çox fondun təşkilatçılığı və təşəbbüsü ilə seminarların və tədbirlərin keçirilməsi qeyd edilir. Bu isə fondun icraçı direktoru Azad Cavadovun özünün reklamından başqa bir şey deyil”.

Mənbə fondun icraçı direktorunun “pəşəkar” keyfiyyətləri ilə bağlı maraqlı detallar açıqlayıb: “Fondun icraçı direktoru Azad Cavadovun əvvəlki işlədiyi iş yerlərindən sözün həqiqi məmasında qovulub. Beynəlxalq Bankın baş mühasibliyindən maliyyə maxinasiyalarına görə, Beynəlxalq Bankın Səbail rayonun filial müdirlüyündən və AtaBankdan işçilərin şikayətləri əsas götürülərək işdən uzaqlaşdırılıb. Azad Cavadovun işçi heyəti ilə yola getməməsi, xarakterinin dalaşqan və kobud olmasını bank sistemindən bilməyən yoxdur”. 

Mənbə bildirir ki, Azad Cavadovun qanunsuz əməlləri də da sərhəd tanımır: “O, işə ixtisası, təsil səviyyəsi uyğun gəlməyənləri işə götürür. O hətta 2-ci kurs tələbəsini belə işə götürür, onlara istədiyi kimi, əmək haqqı təyin edir və mükafatlandırır. A.Cavadov ixtisasca ekoloqu hüquqşünas kimi işə götürmək kimi absurd bir qərara da imza atıb. Bu isə Məkəzi Bankın əsasnaməsinə və idarəetmə qaydaların ziddir. Fondun icraçı direktoru eyni zamanda, özünü təşəbbüskar kimi qələmə verir. Əgər doğurdan da Azad Cavadov təşəbbüskardısa, niyə kompensasiya olan əmanətlərin həcminin 30 faizi ötməsi üçün təşəbbüslər etmir?” 

Mənbənin sözlərinə görə, fondun icraçı direktoru çox milyonluq əmanətçilər üçün əməli işlər görmək əvəzinə, daha çox başqatıcı və aldadıcı addımlar atır. Bunlaradan biri də Fond tərəfindən ortaya atılan bankların risk dərəcələrinə əsaslanan ödəniş sisteminə keçidi ilə bağlı olan məsələdir. Bunu Fondun internet ünvanından da görmək olur. Bu, "Əmanətlərin Sığortalanması haqqında" Qanunun 13 maddəsinin 7-ci bəndinə ziddir. Belə ki, qanunda nəzərdə tutulur ki, “Fondun sığorta ehtiyatları qorunan əmanətlərin 5 faizinə çatdıqda Himayəçilik Şurası iştirakçı banklar tərəfindən ödənilən təqvim haqlarının azaldılması və ya təqvim haqlarının ödənilməsinin dayandırılması barədə qərar qəbul edə bilər”. Ancaq Azərbaycanda qorunan əmanət anlayışı ilə kompensasiya olunan əmanət anlayışı arasında ciddi fərq var. Buna görə də dünya təcrübəsində kompensasiya olunan əmanətlərin 5 faizinə çatdıqda digər ödəniş sisteminə keçid nəzərdə tutulur. 

Başqa tərəfdən, Azərbaycanda bankların risk dərəclərinə keçməsi kompensasiya olunan əmanətlərin əhatə dairəsinin armasına xidmət edəcəkmi? Birmənalı olaraq, demək lazımdır ki, xeyir! Yəni bankların ödəniş dərəclərinin dəyişdirilməsi əmanətlərin sığorta sisteminin nə mahiyyətinə, nə də əmanətçilərin mənafeyinə xidmət edir. Onda sual olunur. Fondun icraçı direktoru niyə risk dərəclərinə əsaslanan ödəniş sisteminə keçidi gündəmə gətirir? Cavabı isə çox sadədir - Fondun icraçı direktoru bununla iş görmək imitasıyası yaradır. Çünki bütün dünyada Əmanətlərin Sığortalanması ilə sistemin formalaşması ilə bağlı hüquqi-normativ aktlar adətən 2 il müddətinə, ən uzağı isə 3 il müddətinə tam formalaşır. Bu proses Azərbaycanın Əmanətlərin sığortalanması sistemində isə nədənsə 5 müddətində yerinə yetirilmişdir. Yəni Fond 5 il iş görmək imitasiyası ilə məşğul olub. Bir sözlə, Azad Cavadov iş görmək adı altında 5 il sayı bir neçə milyon olan əmanətçini, fondun ali idarə idarə oranını və Mərkəzi Bankın rəhbərliyini aldadıb.  

Ümumiyyətlə, Fondun fəaliyyətində maraqlısı odur ki, Fondun müşahidə şurasının sədri nə Çingiz Əsədullayev, nə də Mərkəzi Bankın Sədri Elman Rüstəmov Fondun icraçı drektorundan iş tələb edirlər. Fondun strategiyası demək olar ki, tamamilə yanlışlıqlar və səhvlər üzərində qurulub. Fondun internet səhifəsində bir neçə milyon çox əmanətçi üçün bir dənə də olsun analitik informasiyaya rast gəlmək mümkün deyil. Fondun saytında illik hesabat əvəzinə, 2013-cü ilin müstəqil auditorun rəyi yerləşdirilib. Fondun iş planı olmadığı üçün qurumun nə işlə məşğul olduğunu heç kim bilmir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024