Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (12-11-2014, 11:23)
Avropa Komissiyasının xəbərdarlığı təşviş yaratdı

ARDNŞ prezidenti təcili Yunanıstana gedib; DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməni Afina poza bilərmi? 

 

 
Xəbər verdiyimiz kimi, noyabrın 6-da Avropa Komissiyası bəyan edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ/SOCAR) Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərini almasına dair sövdələşmə təsdiqlənməyə bilər. 
Avropa Birliyinin Atiinhisar İdarəsi ARDNŞ tərəfindən DESFA-nın səhmlərinin alınması üzrə hazırlanan sövdələşmə ilə bağlı müvafiq yoxlamalara başlayıb.
Bu sensasion sayıla biləcək xəbərdarlığı bəzi ekspertlər Avropa Birliyinin Azərbaycana qarşı sanksiya tətbiq edə biləcəyinin anonsu kimi dəyərləndirib.
Yada salaq ki, SOCAR Yunanıstanın DESFA şirkətinin səhmlərinin 2/3 hissəsinin 500 milyon dollara alınmasına dair razılaşmanı ötən ilin iyununda əldə edib. Ötən il dekabrın 22-də Afinada ARDNŞ ilə Yunanıstanın Dövlət Əmlakını Özəlləşdirmə Fondu (HRADF) arasında bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA-nın səhmlərinin 65 faizinin alınmasına dair müqavilə bağlanıb. 
Avropa Komissiyasının bu xəbərdarlığı barədə danışan ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, DESFA qaz nəqliyyat operatorunun özəlləşdirilməsi Azərbaycandan daha çox Yunanıstana lazımdır. ARDNŞ-DESFA anlaşmasını Avropa Komissiyasının təsdiqləməyəcəyi barədə xəbərdarlığa gəlincə, R.Abdullayev qeyd edib ki, bu layihə Avropaya da çox lazımdır. ARDNŞ prezidenti hətta alternativ layihələrin olduğuna da işarə edərək deyib: “İnvestisiya qoymaq üçün çox yerlər və daha mənfəətli layihələr var”. 
R.Abdullayev onu da deyib ki, müqavilə ilə bağlı bütün məsələlər Yunanıstan hökuməti ilə razılaşdırılıb. Bu da öz əksini sənədlərdə tapıb. Lakin indi bu məsələ Avropa Birliyi səviyyəsinə qalxıb ki, bu da normal prosesdir: “Bu proses Avropa Birliyinə aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir. Yunanıstan da sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz biz də bu prosesləri keçməliyik. Hazırda biz onlarla işləyirik”.
Noyabrın 10-da isə məlum olub ki, ARDNŞ prezidenti təcili olaraq Yunanıstana gedib. “APA-Economics”ə verilən məlumata görə, noyabrın 10-da baş tutan səfər çərçivəsində R.Abdullayev Yunanıstanın baş naziri Antonis Samarasla görüşüb.
Görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub. Görüşün digər təfərrüatları barədə məlumat verilməsə də, aydındır ki, R.Abdullayevin təcili Yunanıstana getməsini ölkə rəhbərliyi istəyib. Çünki neftin qiymətinin düşdüyü bir zamanda Azərbaycana təkcə siyasi anlamda deyil, həm də maddi cəhətdən çox sərfəli bir müqavilənin qarşında əngəl yaranmasının səbəbləri öyrənilməlidir. Vaxtilə SOCAR Yunanıstan şirkətini almağa dair razılaşma əldə edəndə Brüsseldə buna çox sevinmişdilər. Hətta yunan şirkətinin “Qazprom”a satılmaması üçün ABŞ və Avropa İttifaqı rəsmi Afinaya çox güclü təzyiqlər edirdi. Onlar açıq şəkildə mesaj verirdilər ki, Yunanıstan şirkəti SOCAR-a satmalıdır. Çünki SOCAR Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Rusiyanın Avropa qaz bazarında inhisarçı mövqelərinin zəiflədilməsində Qərbin əsas tərəfdaşıdır.
Birdən-birə vəziyyətin dəyişməsinin səbəbi barədə ən müxtəlif versiyalar olsa da, güman ki, hakimiyyət bunu yerində araşdırmağa qərar verib. Mümkündür ki, bu məsələdə Yunanıstanın da “barmağı” ola bilər. Çünki bugünlərdə yunan mediası Türkiyənin Aralıq dənizinin şərqində, Kipr adası yaxınlığındakı mübahisəli sularda neft kəşfiyyatına başlamaq üçün Azərbaycanla anlaşdığı haqda xəbər yaymışdı. Həmin xəbərdə deyilirdi ki, Türkiyənin dövlət neft şirkəti TPAO Aralıq dənizində, mübahisəli sularda neft-qaz kəşfiyyatına başlamaq üçün ARDNŞ-dən iki üzən qazma qurğusunu kirayə götürmək barədə anlaşma əldə edib.
Mənbə iddia edirdi ki, ARDNŞ Türkiyə şirkətinə 700 metrə qədər dərinlikdə qazma həyata keçirə bilən “Dədə Qorqud” və “Heydər Əliyev” qazma qurğularını kirayə verməyə razılaşıb. Xəbərdə o da deyilirdi ki, gərginliyin artmasına görə Yunanıstanın baş naziri Antoni Samaras Kipr Respublikasına gedərək bu ölkənin lideri Anastasiadasla Türkiyəyə (və Azərbaycana) qarşı ortaq strategiya müəyyən edəcək. Yunan mediası onu da yazırdı ki, bu ay ərzində Türkiyəyə səfər edəcəyi gözlənilən ABŞ vitse-prezidenti Cozef Bayden Anastasiadasla telefon danışığında Ankaraya səfəri zamanı türklərdən Kiprə aid iqtisadi zonada neft-qaz kəşfiyyatını dayandırmağı tələb edəcəyinə söz verib. ARDNŞ isə Aralıq dənizində karbohidrogenlərin kəşfiyyatının aparılması haqqında Türkiyə ilə heç bir razılaşmaya malik olmadığını bildirmişdi. Belə görünür ki, ARDNŞ prezidenti şəxsən baş nazirlə görüşərək bu məsələləri müzakirə etməyi vacib bilib. 
Xatırladaq ki, rəsmi müqavilənin imzalanması ilə bağlı tədbir ötən il dekabrın 17-nə nəzərdə tutulsa da, Yunanıstanın baş naziri Antonis Samarasın “texniki nasazlıq səbəbindən” Bakıya gəlməsi ertələndi. Rəsmi məlumat beləydi ki, Bakıya səfər üçün Afinadan yola çıxan baş nazirin təyyarəsində havada texniki nasazlıq yaranıb və  A.Samarasın təyyarəsi Afina yaxınlığındakı hərbi aerodromda yerə enməyə məcbur olub. Yunanıstan tərəfi elan etdi ki, baş nazirin Bakıya səfəri üçün başqa təyyarə tapılmadığı üçün səfər ləğv edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024