Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (5-11-2014, 15:57)
Rövnəq Abdullayev: “Yeni neftayırma zavodunun tikinti meydançası hazırdır”

Yeni Neft-qaz emalı və Neft-kimya Kompleksinin (OGPC) tikintisi layihəsi çərçivəsində neftayırma zavodunun inşası Azərbaycan üçün ən vacib layihələrdən sayılır.

 

Bunu Azəbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün Bakıda işə başlayan II ARDNŞ-nin Neft-qaz emalı və Neft-kimya Kompleksi Forumunda çıxış edərkən bildirib. "Bu zavodun tikintisinin zəruriliyi Azərbaycanda neft məhsullarına tələbatın ilbəil artması ilə əlaqədardır", - deyə R.Abdullayev qeyd edib. 
ARDNŞ rəhbəri vurğulayıb ki, 2012-ci ildə keçirilmiş ilk analoji forum əməkdaşlığın genişləndirilməsi üçün təkan olub: "Ötən dövrdə layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanıb, həmçinin H.Əliyev adına Neftayırma Zavodunun yenidən qurulmasına qərar verilib. Hazırda yeni neftayırma zavodunun inşası üçün tikinti meydançası hazırdır. Ümid edirəm ki, bu forum yeni ideyaların çoxluğu ilə yadda qalacaq və gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaq”. 
Xatırladaq ki, II ARDNŞ-nin Neft-qaz emalı və Neft-kimya Kompleksi Forumu iki gün davam edəcək. 
Tədbirdə müxtəlif ölkələrdən 500-ə yaxın nümayəndə iştirak edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024