İqtisadiyyat (1-11-2014, 14:27)
Azərbaycan əsas nəqliyyat dəhlizinə çevrilir
.
Rəşad Həsənov: “Azərbaycan üzərindən keçən istənilən tranzit daşımaları ölkəmiz üçün xeyirlidir”
Pərviz Heydərov: “Ölkədə hazırda nəhəng infrastrukturun yaradılması işləri gedir”
Azərbaycanın tranzit ölkə kimi də böyük imkanlara malik olması bu dəfə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (UND) xüsusi diqqətini cəlb edib. Söhbət İran və Türkiyə arasındakı tranzit qiyməti qalmaqalından sonra əsas diqqətin ölkəmiz üzərində cəmləşməsindən gedir. Türkiyə TIR-ları üçün tranzit qiymətlərini qaldıran və onlara benzin satmayacağını bəyan edən İranın bu mövqeyindən sonra Türkiyə Tehranla danışıqları dayandırıb. Ankara Orta Asiya tranziti üçün istifadə etdiyi İran yolunu Azərbaycan yoluna dəyişəcək. Bu layihə 2015-ci ilin birinci rübündən həyata keçiriləcək. Belə ki, Türkiyə TIR-ları 2015-ci ilin birinci rübündən etibarən Orta Asiyadakı türk dövlətlərinə Azərbaycan üzərindən keçəcək.
Beynəlxalq Nəqliyyat Dərnəyinin sədri Fatih Şener bildirib ki, rəsmi danışıqlardan sonra İran üzərindəki tranzit tamamilə Azərbaycan və Türkmənistan üzərinə keçəcək: "Keçən həftə Azərbaycan tərəfi ilə görüşdük. Xəzər dənizi üzərindən Orta Asiya respublikalarına getməklə bağlı marşrut müəyyən etdik. Bizim üçün dörd bərə ayırdılar. 2015-ci ildə İran üzərindən keçən bütün nəqliyyatı bura transfer edəcəyik. Qiymətlər baxımından da Azərbaycan İrandan daha sərfəlidir”.
Xatırladaq ki, İran Türkiyə TIR-larının sərhəddən keçidi üçün son məbləği 5 dəfə artıraraq, 2250 dollar edib. Ekspertlərin fikrincə, yeni durum ölkəmiz üçün ancaq fayda verəcək.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Türkiyənin bu seçimini ölkəmiz üçün fayda verəcəyini deyi: "Ancaq prosesləri qiymətləndirsək, İran tərəfindən atılan bu addım dayanıqlı olmayacaq. İran hökuməti bu fikrə düşsə də, nəticələrini gördükdən sonra böyük ehtimalla rüsumları əvvəlki vəziyyətə qaytaracaq. Ümumuyyətlə, Azərbaycan üzərindən keçən istənilən tranzit daşımaları ölkəmiz üçün xeyirlidir. Azərbaycanda yol infrastrukturunun qurulması, xarici ölkələrlə iqtisadi əlaqələri, İpək yolu proqramları kimi layihələrin icra olunması, Bakı-Qars-Ərzurum dəmiryolunun çəkilməsində də əsas məqsəd Azərbaycanın tranzit ölkə olaraq yükdaşımalarda daha çox istifadə olunmasıdır. Bunlar Azərbaycanın əldə etdiyi gəlirlərin çoxalmasına xidmət edir”.
Ekspert bildirid ki, İranın irəli sürdüyü şərtlər daxilində Türkiyənin Azərbaycandan istifadə imkanları real görünür: "Bu, Azərbaycanla yanaşı, Türkiyə üçün də faydalıdır.
Odur ki, böyük ehtimalla Türkiyə ilkin olaraq bu istiqamətdə addımlar atmağa başlayacaq. Yəni, öz yüklərini Azərbaycan vasitəsi ilə Orta Asiya bazarlarına çıxarmağa cəhd edəcək. Çünki, dəniz nəqliyyatının ən ucuz nəqliyyat vasitəsi olmasını, eyni zamanda Azərbaycan ərazisindən istifadənin türk şirkətləri üçün daha asan və daha təhlükəsiz olmasını yüklərin ünvana daha rahat şəkildə çatdırılmasında əsas amillər kimi göstərmək olar. Bütün bunların isə Azərbaycana yalnız xeyri ola bilər”.
Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə ölkə Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif olunan iqtisadçı Pərviz Heydərov da indiki halda İran ilə Türkiyə arasında yaranan "qiymət davası"nın da ölkəmizə əlavə gəlir vəd etdiyi bildirir: "Qeyd edək ki, 2014-cü ilin dövlət büdcəsində Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumunun məbləği 13,5 milyon manat müəyyən olunub.
Daşımaların artması təbii ki, buna verilən icazə üzrə tutulan dövlət rüsumunun məbləğini artıracaq. Lakin burada müəyyən problemlərin yaranacağı da istisna deyil. Bu da əvvəla, bizdə hazırda mövcud olan yol infrastrukturunun buna tab gətirib-gətirməyəcəyi məsələsi, yollarda sıxlığın yarana biləcəyi ehtimalıdır. İkincisi isə, yanacaq təminatı məsələsidir. Bunlar müəyyən problemlər yarada bilər. Çünki ölkədə yanacaq məhsulları ilə təminatda - tələbatın ödənilməsində keçən il və bu ilin əvvəllərində çətinliklər olub. Düzdür, indi bu sahədə vəziyyət yaxşıdır. Ancaq hər halda məsələnin bu tərəfi diqqətdə saxlanılmalıdır. Ümumiyyətlə isə, qonşu ölkələrin yükdaşıma sahəsində öz aralarında hansı qərar qəbul etdiklərindən, həmçinin nə kimi razılaşmaya gəlmələrindən asılı olmayaraq, Azərbaycan bu ölkələrin hər biri üçün digər ölkələrə daşımaların həyata keçirilməsi baxımından tezliklə nəqliyyat dəhlizinə çevriləcək. Belə ki, Azərbaycanda bunun üçün hazırda nəhəng infrastrukturun yaradılması işləri gedir”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024