İqtisadiyyat (31-10-2014, 19:28)
Sabahdan telefonların qeydiyyatı pullu olacaq
Azərbaycanda noyabrın 1-dən şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli olacaq
Bu barədə "Trend"-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Mobil cihazların qeydiyyat sistemi (MCQS) 1 may 2013-cü il tarixindən fəaliyyətə başlayıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində yaradılan sistem Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb.
Ötən dövr ərzində müxtəliftipli mobil cihazların IMEI nömrələri mərkəzi baza sisteminə daxil edilib, standartlara uyğun olmayan 120 minə yaxın mobil cihazın şəbəkədə istismarının qarşısı alınıb.
Eyni zamanda, itirilən və ya oğurlanan mobil cihazlar barədə vətəndaşlardan və hüquq mühafizə orqanlarından daxil olan müraciətlər araşdırılaraq itirilən 2725 ədəd mobil cihazın şəbəkədə istismarı məhdudlaşdırılıb, onlardan təxminən 700 ədədi tapılaraq sahibinə qaytarılıb.
Qeyri-qanuni trafik mübadiləsi təşkilinin qarşısının alınması ilə bağlı 1000 ədəddən çox IMEI nömrəsinin istifadəsi şəbəkədə dayandırılmış və bununla da vurula biləcək maddi ziyanın qarşısı alınıb.
Aparılan araşdırmalar göstərir ki, şəxsi istifadə məqsədilə respublikaya gətirilən mobil cihazların qeydiyyata alınması üçün edilən müraciətlərin gündəlik sayı artmaqda davam edir. Bu da qeydiyyat üçün ərizələrin qəbul olunmasına əlavə içilərin cəlb edilməsi ilə nəticələnir. Eyni zamanda, qeydiyyatla bağlı bir sıra sui-istifadə hallarına yol verildiyi müəyyən edilərək qarşısı alınıb.
Şəxsi istifadə məqsədilə respublikaya gətirilən mobil cihazların qeydiyyata alınması üçün müraciətlərə 2 iş günü ərzində baxılaraq cavablandırılmasına, bununla bağlı vətəndaşlar tərəfindən edilən sorğu və müraciətlərin cavablandırılması üçün “1677” çağrı mərkəzi xidmətinin təşkilinə, mərkəzi baza sisteminin və işçilərin, həmçinin http://www.imei.az internet informasiya ehtiyatının saxlanılmasına, eyni zamanda, proqram təminatının mütəmadi olaraq yenilənməsinə əlavə xərclər tələb olunur.
Qeyd olunan məsələlərlə əlaqədar bir çox ölkələrin, o cümlədən Türkiyə Respublikasının mövcud təcrübəsi öyrənilərək nəzərə alınıb. Belə ki, Türkiyədə şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazların IMEI nömrələrinin qeydiyyatının aparılması üçün 119.5 TL (təxminən 43 manat) vəsait ödənilir. Topdansatış məqsədi ilə idxal edilən mobil cihazların qeydiyyatı üçün isə 46 Kr (təxminən 0.16 manat) vəsait ödənilir.
Qeyd olunanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın müvafiq bəndi nəzərə alınaraq, 1 noyabr 2014-cü il tarixindən xidmətin təşkili ilə əlaqədar xərclərin qarşılanması üçün şəxsi istifadə, həmçinin satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ödənişli təşkil ediləcək. Belə ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı ücün 5 manat, şatış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı ücün isə 0.20 manat vəsait tələb olunacaq.
Qeydiyyat prosedurunun operativliyinin təmin edilməsi üçün şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların həm poçt şöbələri tərəfindən, həm də http://www.e-gov.az və http://www.imei.az internet informasiya ehtiyatları üzərindən elektron qeydiyyatı aparılacaq. Bununla yanaşı, qeydiyyat proseduru tam avtomatlaşdırılmış və nəticədə mobil cihazların qeydiyyata alınması 2 iş günündən 24 saat müddətinə endirilib. Qeydiyyat üçün uyğun proqram təminatı işlənib hazırlanmış və müvafiq baza sistemlərinə inteqrasiya edilib.
Vətəndaşların nəzərinə çatdırırıq ki, mövcud qaydalara əsasən Azərbaycan Respublikası ərazisindəki mobil cihaz satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satan hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməlidir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024