Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (16-07-2014, 18:55)
Kərəm Həsənov hesabat verdi - Foto

 

 

 

Əmlak Məsələləri Dövlət Komitəsində 2014-cü ilin birinci yarımilində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib

 


Komitədən Mediatv.az-a verilən məlumata görə, komitə sədri Kərəm Həsənov bildirib ki, ötən 6 ay ərzində daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarla bağlı fəaliyyət sahələri üzrə elektron xidmətlərin sayı artırılaraq 22-yə çatdırılıb. Eyni zamanda xidmətlərin keyfiyyəti yüksəldilib və maksimum operativliyin təmin olunması üçün tədbirlər həyata keçirilib. 2014-cü ildə 7 yeni elektron xidmət təsdiq edilib, onların tətbiqi istiqamətində işlərə başlanılıb. Bunlar dövlət əmlakının icarəyə verilməsi üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi, daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi və daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır.

Hazırda vətəndaşların istifadəsində olan 22 e-xidmətdən 2-si informativ və 20-si interaktivdir. Ümumilikdə indiyədək elektron xidmətlər vasitəsilə komitənin qurumlarına 6 2000-ə yaxın elektron müraciət daxil olub. Komitə sədri bu ilin mühüm uğurları kimi daşınmaz əmlakın qeydiyyatında onlayn xidmətlərin tətbiqini, qeydiyyat xidmətlərinin vətəndaşların ünvanına çatdırılması ilə bağlı mobil ofislərin təşkilini və Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqini xüsusilə vurğulayıb. O bildirib ki, qeyd olunan uğurlar mükəmməl elektron əmlak idarəçiliyinin bərqərar olması, “Elektron hökumət”in sürətlə formalaşması ilə vətəndaş məmnunluğunun yüksəldilməsinə yönəlib.

Qeyd edək ki, komitə 2014-cü ildən etibarən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslara real vaxt rejimində - onlayn verilməsi həyata keçirilir. Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 3 000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Komitə sədri çıxışında qeyd edib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir və beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək Daşınmaz Əmlak Məlumat İdarəetmə Mərkəzi tikilir. Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması ilə əlaqədar rəqəmsal məkan məlumatları bazasının yaradılması, mövcud qeydiyyat və kadastr məlumatlarının elektronlaşdırılması, bazaya transfer edilməsi və istifadəyə verilməsi sahəsində zəruri tədbirlər görülüb.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024