Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Cəmiyyət (28-11-2019, 21:25)
Ruslan Əliyev: Azərbaycanda qazlaşma səviyyəsi 96 %-ə çatdırılacaq

 Müsahibimiz SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevdir
- Ruslan müəllim, bu il üçün qazlaşma hansı səviyyədədir? “Azəriqaz” İstehsalat Birliyi qarşısına qoyduğu məqsədlərə nail ola bildimi?
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşlarla görüşlərdə kommunal məsələlərlə bağlı diqqət göstərdiyi istiqamətlər bizim də fəaliyyətimizin əsasını təşkil edir. Hədəflərimizi müəyyənləşdirərkən məhz dövlət başçımızın tapşırıqları əsas rol oynayır. Prezident cənab İlham Əliyevin tapşırığı olaraq çalışacağıq ki, bu ilin sonuna qədər Azərbaycanda qazlaşma səviyyəsi 96 %-ə çatdırılsın. Müqayisə üçün qeyd olunmalıdır ki, 2009-cu ilin sonunda ölkədə qazlaşma səviyyəsi 62,2% təşkil edirdi. Qazlaşma işləri ölkəmizdə sırf sosial layihə kimi həyata keçirilir və bu məqsədlə dövlət büdcəsindən müvafiq proqramların icrasına vəsait ayrılır. Bu prosesin gedişatında abonentlərimizin məmnuniyyətini qazanmaq da əsas hədəfdir. Bu gün “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 300 minə yaxın abonenti var. Bu balaca rəqəm deyil. Son 10 il üçün ciddi bir artımdır. Bu qədər abonentin qayğıları ilə maraqlanmaq, onların həllinə çalışmaq və ən əsası da payız-qış mövsümündə onların çətinliklərini operativ şəkildə yerinə yetirmək bizim ən vacib hədəfimizdir. Fürsətdən istifadə edib demək istəyirəm ki, həm qazlaşdırılmış, həm də qaz almayan ərazilərdə görüşlərimiz olacaq. Biz hamını dinləməyə hazırıq. Çox yaxın vaxtlarda bunun nəticələrinin şahidi olacaqsınız.
Bu il üçün bölgələrdə 92 yaşayış məntəqəsi və massivi, Bakı şəhərində isə 22 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. Bölgələrdə 80-ə yaxın yaşayış ərazisinə, Bakıda bir yaşayış massivinə təbii qazın verilişi təmin olunub. Paytaxtın 11 massivində iş tamamlanıb, digərlərində isə davam edir.
- Qaz təchizatında təzyiqin aşağı düşməsi və bəzi hallarda fasilələrin yaranması ilə rastlaşırıq. Bu kimi halların qarşısının alınması istiqamətində hansı işlərin aparılması planlaşdırılır?
- Bu məsələ bizim üçün də prioritetdir. Ona görə də alternativ, dairəvi qaz şəbəkəsinin yaradılmasından ötrü ideyalarımız var. Bu, bizə imkan verəcək ki, hər hansı bir təmir prosesi zamanı bir kəmərdən qidalanan böyük sayda abonent qazsız qalmasın. Fasilələr maksimum 1000 abonenti əhatə etsin. Belə şəbəkə qurulandan sonra, ümumiyyətlə, təchizatda fasilə azalacaq.
- Bəs, dəm qazından zəhərlənmələr barədə nə deyə bilərsiniz?
- Abonentlər məsuliyyətli olmalıdırlar. Təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Biz qaz açılışlarından öncə bu barədə insanları təlimatlandırırıq. Çünki, bir tərəfdən mənzillərə, fərdi yaşayış evlərinə qazın verilməsi sevinc gətirir, qayğılarını azaldır. Amma digər tərəfdən, kiçik bir ehtiyatsızlıq, qazdan istifadədə yol verilən səhvlər xoşagəlməz fəsadlar yaradır. Ona görə də maksimum dərəcədə qəbul olunmuş təhlükəsizlik qaydalarına əməl olunmalıdır.
- “Azəristiliktəchizat”ın “Azəriqaz”a borc məsələsi nə yerdədir?
- Bu məsələ hər il gündəmə gəlir. Yəni borc məbləği də açıqlanıb. 29 milyon manatdan bir qədər artıqdır. Düzdür başqa borc məbləğləri də var, amma bunlar mübahisəli məqamlardır. Əsas odur ki, qazanxanalara qazın açılması biz tərəfdən təmin olunub. Biz əvvəl də demişdik ki, bu borc məsələsindən istəmirik vətəndaş əziyyət çəksin. Elə də oldu. Artıq qaz verilişi baxımından hər hansı problem yoxdur.
- Ruslan müəllim, bölgələrdə istixana sahibləri ilə görüşürsünüz. Bundan başqa, Qarabağ müharibəsi veteranları, şəhid ailələri müraciət edərsə, bunlara necə yanaşırsınız?
- Əvvəla qeyd edim ki, bu təşəbbüslə biz çıxış etdik. “Azəriqaz” olaraq istədik ki, ən böyük qeyri-əhali istehlak qrupu olan istixana sahiblərinin problemlərini özlərindən eşidək. Bəzilərinin həllinə də nail olduq. Şəmkir rayonu, daha sonra Bakı şəhərinin Xəzər rayonunda bu görüşlər baş tutdu. Sırada isə Salyan rayonu var. Təşəkkür edirik ki, səsimizə səs verən dövlət orqanları oldu. İcra hakimiyyətləri, Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası. Onlar da maraqlıdırlar ki, belə müzakirələr baş tutsun. Sahibkarlara daha sərbəst olmağı tövsiyə edirik. Nə qədər problemləri ilə bizə yaxın olsalar, bir o qədər həllinə də tez nail olmaq olar. Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, biz vətəndaşın xidmətində dayanmalıyıq, bu xidməti yerlərdə onların özləri ilə görüşlər keçirməklə icra etməliyik.
Bəli, Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri də bizə müraciətlər ünvanlayırlar. Bu məsələlərə dərhal reaksiya göstərilir və “Azəriqaz” İstehsalat Birliyinin hesabına qaz çəkilişi təmin edilir. Bura qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni qaz çəkilişi və s. daxildir. Müraciətin hansı səpkili olmasından asılı olmayaraq icrası bizim üçün əsas şərtdir. İndi bizim sosial şəbəkələrdəki ünvanlarımızda bu barədə xüsusi video çarxlar yerləşdirilir. İşimizdən onlar məmnun qaldıqca, bu bizə də böyük stimul verir.
- “Smart-kart” tipli sayğacların alışının azaldılması barədə məsələ gündəm təşkil etdi. Hətta dedilər ki, bu sayğaclardan tam imtina olunur.
- Bildirim ki, “Smart-kart” tipli sayğaclardan tamamilə imtina etməmişik. Bu barədə yazılanlar həqiqəti əks etdirmir. Sadəcə, alınacaq “Smart-kart” tipli sayğacların sayını azaldacağıq. Bu sayğaclar bahalı sayğaclardır və maliyyə imkanlarımızı nəzərə alaraq mexaniki sayğacların quraşdırılmasına bundan sonra üstünlük verəcəyik. Digər tərəfdən, mexaniki sayğaclarda yığım xeyli yaxşılaşıb, problemlərimiz yoxdur, ona görə də bu sayğacların quraşdırılması maddi baxımdan da daha sərfəlidir. Biz “Smart-kart” tipli sayğaclara xərclədiyimiz vəsaiti digər sahələrdə istifadə edə bilərik. Lakin çoxmərtəbəli binalarda bundan sonra da “Smart-kart” tipli sayğacların quraşdırılması davam edəcək.
- Ruslan müəllim, son olaraq, 2020-ci ilin hədəfləri hansılardır?
- Biz gələn il əsasən yeni yaşayış massivlərinin qazlaşdırılmasına diqqət ayıracağıq. Bununla bağlı 2-ci mərhələyə start veririk. Sözsüz ki, növbəti il üçün hazırlanacaq dövlət proqramına təkliflərimiz də var. Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə belə yaşayış massivləri çoxdur. İnanıram ki, 2020-ci ildə qarşıya qoyulan məqsədlərə çata bilsək, paytaxtda yeni yaşayış massivləri ilə bağlı 100 % qazlaşmaya nail olacağıq. Düzdür, bu da nisbi rəqəmdir, amma nəzərə almalıyıq ki, hazırda Bakıda qazlaşmanın aparılması sırf bu kimi yaşayış yerləri ilə bağlıdır. Yeniliklərin hamısı abonentlərin məmnuniyyətinə hesablanıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024