İqtisadiyyat (15-03-2015, 23:19)
“Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər"
Əbdürrəhman Yıldırım iqtisadiyyatla bağlı açıqlamasında әhәmiyyәtli nöqtәlәrә toxunub
“Habertürk” qəzeti və eyni adlı telekanalın iqtisadi şərhçisi Əbdürrəhman Yıldırım iqtisadiyyatla bağlı açıqlamasında bildirib ki:
“Hindistanı bir az kənarda tutsaq, inkişaf etməkdə olan bütün ölkələrdə valyutanın qalxdığını görürük. Bu ölkələrin iqtisadiyyatı əvvəlki inkişaf tempini nümayiş etdirə bilmədiyinə görə, investisiyalarda yavaşlama özünü göstərir. Ona görə də qlobal valyuta vahidi özünə daha sərfəli qazanc yerləri axtararaq inkişaf etməkdə olan bazarları tərk edir. Türkiyə Mərkəzi Bankı ətrafında cərəyan edən mübahisələr türk lirəsinin daha çox dəyər itirməsinə səbəb olub”.
Azərbaycanla Türkiyə arasındakı iqtisadi münasibətlərə də toxunan İqtisadçı bildirib ki, Azərbaycanın dünya ölkələri arasında cümhuriyyət dönəmində Türkiyədə ən çox birbaşa sərmayə yatırmış ölkə olması sevindiricidir: “ Azərbaycanın Türkiyənin iqtisadi cəhətdən inkişafında böyük rolu var. Türkiyə keçən əsrin 90-cı illərindən etibarən qardaş türk cümhuriyyətləri ilə əməkdaşlıq əlaqələri qurub. Qardaşlığımızın gərəyi olaraq dövlətlərimiz Bu sahәdә dә lazımi addımları atır, ancaq dövlətlə yanaşı özəl sektorlarımız arasındakı iş münasibətlərin gücləndirilməsi lazımdır”.