Təhsil (Bu gün, 10:29)
Bu dövlət agentliyində dövlətin qanunları keçərli deyil... - BU DA FAKT..
Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəllim və istehsalat təlim ustalarının (İTU) işə qəbulu üzrə imtahan nəticələrində qanunsuzluq olduğu üzə çıxıb.Bizimxeber.org bildirir ki, imtahanda tələb olunan minimal bal həddini keçməyən namizəd işə qəbul edilib.
Məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində "Kargüzarlıq" fənni üzrə İTU vəzifəsinə imtahandan keçməyən, müsabiqəyə buraxılmayan şəxs təyin olunub. Halbuki Agentliyin qaydalarına görə, imtahanda 40 baldan aşağı nəticə göstərənlər müsabiqənin növbəti mərhələsinə buraxılmır və işə qəbul oluna bilməz. Daha doğrusu, yüksək bal toplayıb qəbul olan və bu işdən imtina verənlər olarsa müqavilə ilə nəzərə almaq olar.
Araşdırmaya görə, eyni vəzifə üzrə imtahanda 47 və 56 bal toplayan, müsabiqədən yüksək nəticə ilə keçən digər namizədlər işə qəbul edilməyib, kənarda saxlanılıb. Bu qərar mərkəzin rəhbərliyi tərəfindən deyil, Agentlikdən göndərilən siyahıya əsasən verilib. Bunu da Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Xalidə Hümbətova eşitdirib. Onun bu təyinatla bağlı özbaşına qərar vermədiyi və adın Agentlikdən göndərildiyini bildirdiyi qeyd olunur.
Hazırda Agentliyin rəhbəri vəzifəsini icra edən şəxs Simnar Məmmədovdur.
Xatırladaq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin əvvəlki direktoru Ceyhun Kərəmov təxminən bir ay əvvəl vəzifədən azad edilib. Həmçinin bu hadisə baş verəndə Simnar Məmmədov direktorun müavini vəzifəsində işləyib.
Bu faktlarla bağlı yaxın günlərdə araşdırılması üçün aidiyyatı qurumlara ətraflı məlumatlar göndəriləcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025
1 11 2025





















