Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Slayd (17-08-2014, 13:45)
Ərdoğan ilk səfərini niyə Azərbaycana edir?

 

“Ərdoğanın ilk səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərinin yaxınlığını göstərir”.

 

Bunu AzVision.az-a politoloq Qabil Hüseynli Ərdoğanın Azərbaycana gözlənilən səfərini şərh edərkən bildirib.

O, vurğulayıb ki, Ərdoğanın Azərbaycan səfəri daha çox nəzakət xarakteri daşıyır: “Bu səfər iki ölkə arasındakı münasibətlərin səviyyəsini və möhkəmliyini göstərir. Azərbaycanla Türkiyə arasındakı mövcud protokol qaydalarına görə, prezidentlər seçildikdən sonra biri digərinin nüfuzuna təsir edir. Bu baxımdan səfər böyük əhəmiyyətə malikdir”. 

Politoloqin fikrincə, səfər zamanı iqtisadi-siyasi məsələlər də müzakirə ediləcək: “Ərdoğanın səfəri çərçivəsində Azərbaycan qazının Qərb bazarlarına nəqli, “TANAP” layihəsinin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq.

““TANAP”ın “NABUCCO”ya çevrilməsi imkanları var, bu da türkmən qazının Azərbaycan qazına qoşularaq Avropa bazarlarına çıxarılması ideyasıdır. Son zamanlar bu məsələnin həllində, Türkmənistanla işlərin aparılmasında Türkiyə daha aktiv işləyir. Ona görə , qeyd edirəm ki, bu məsələlər müzakirə oluna bilər”.

Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi çox ciddi məsələdir və bu məsələdə də Türkiyənin üzərinə müəyyən məsuliyyət düşür: “Ümid edirəm ki, bu məsələlər də müzakirə ediləcək. Ola bilsin ki, Azərbaycanla Türkiyə arasında “Hərbi ittifaq” haqqında saziş də imzalansın. Çünki, Azərbaycan həm hərbi sazişin imzalanması ilə bağlı, həm də Naxçıvanda Türkiyə hərbi bazasının yaradılması ilə bağlı dəfələrlə təkliflə çıxış etsə də, həyata keçirmək mümkün olmayıb.
Bir sözlə, iki ölkə arasında müzakirə ediləcək məsələlər çoxdur və yəqin bunların hamısı da olmasa, böyük bir qismi müzakirə ediləcək”.

Qeyd edək ki, Türkiyədə keçirilən seçkilərdə qələbə qazanan Rəcəb Tayyib Ərdoğan prezident kimi ilk səfərini Azərbaycana edəcəyini bildirib. Ərdoğanın səfərinin sentyabr ayına planlaşdırıldığı bildirilir.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024