İqtisadiyyat (18-02-2015, 12:45)
Qubad İbadoğlu manatın məzənnəsindən danışdı
“Mərkəzi Bank tərəfindən məzənnə siyasətindəki dəyişiklik son günlərin ən çox müzakirə olunan mövzularından biridir"
"Mərkəzi Bankın müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyi halda manatın qısa müddətli dövrdə kəskin ucuzlaşacağını gözləməyə dəyməz".
Bunu aznews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib.
Onun fikirincə, mövcud iqtisadi və maliyyə imkanları yaxın müddətdə bu prosesin nəzarətdə saxlanılmasına imkan verir: “Onsuz da Mərkəzi Bankın valyuta ehtiyatları manatın sabitliyi üçün xərclənir. Digər tərəfdən də məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid zamanı avro yenidən səbətə daxil edilsə də onun xüsusi çəkisi çox aşağı götürülüb. Lakin məlum açıqlamanın yaratdığı psixoloji təsirlər yaxın müddət ərzində aşağıdakı neqativ tendensiyaların güclənməsinə stimul verəcək:
Birincisi, Mərkəz Bank valyuta bazarında satışyönlü müdaxilə rejimində daha gərgin işləməyə məcbur olacaq. Bu isə müdaxilə xərclərinin artımını və valyuta ehtiyatlarının azalmasını sürətləndirəcək.
İkincisi, əhalinin gözləntiləri çox olduğuna görə, manatla olan depozitlərin geri götürülməsi davam edəcək ki, bu da manata olan inamın azalmasını şərtləndirəcək.
Üçüncusu, baş verənlər dövriyyədə nağd əməliyyatların artımına və gizli iqtisadiyyatın genişlənməsinə gətirib çıxaracaq.
Dördüncüsü, iri məbləğdə olan (əmlak, torpaq və maşın bazarlarında) alışlar və satışlarda dollara üstünlük veriləcək”.
Q.İbadoğlu deyir ki, nəhayət, ölkədən kapital axını sürətlənəcək: “Mərkəzi Bank ötən ilin sonuncu rübü üzrə tədiyə balansının nəticələrini açıqlamasa da artıq əvvəlki rüblər üzrə profisitin azalması qeydə alınıb. Daha ciddi azalma isə bu ilin 1-ci rübündə gözlənilir. Bu isə o deməkdir ki, əgər neftin orta illik qiyməti hətta indiki səviyyəsində qalarsa, tədiyə balansının profisiti kəskin azalacaq və bir müddətdən sonra manatın məzənnəsinə artıq psioxoloji deyil, gerçək təsirlər də işə düşəcək. Əsl "qiyamət" də onda olacaq. Mərkəzi Bankın hazırkı qərarını həmin günə hazırlıq kimi dəyərləndirmək olar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024