İqtisadiyyat (5-02-2015, 10:36)
Mərkəzi Bank yanvarda daha 1 milyard itirib
Manatın kursunu saxlamaq dövlət bankına baha başa gəlir Samir Əliyev: «Hər şey neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq»
Azərbaycan Mərkəzi Bankı (AMB) manatı sabit saxlamaq üçün yanvar ayında 1 milyard 077 milyon dollar itkiyə məruz qalıb.
AMB-nin məlumatına görə, yanvarın 31-i üçün valyuta ehtiyatları 12 milyard 680 milyon dollar təşkil edib. Bu isə dekabr ayı ilə müqayisədə 7,8 faiz azalma deməkdir. Qeyd edək ki, ötən ilin dekabr ayında AMB-nin valyuta ehtiyatları 13,758 milyard dollar təşkil edib.
AMB-nin pul ehtiyatları indiki həddində sonuncu dəfə 2013-cü ilin iyun ayında olub. 2014-cü ilin iyul ayında 15,193 milyard dollara yüksəlməklə ən pik həddinə çatıb. Keçən ilin ikinci yarısından etibarən neftin ucuzlaşması, dolların bahalaşması, habelə Rusiya rublu ətrafında baş verən proseslər manata qarşı təzyiqləri artırıb. Nəticədə ötən ilin sentyabr ayından başlayaraq pul ehtiyatlarımızın "əriməsi"ni müşahidə etməkdəyik. Beləliklə, son 7 ayda AMB-nin pul ehtiyatları 2,5 milyard dollar azalıb. Ən böyük "ərimə" isə dekabr və bu ilin yanvar ayında baş verib. Bu isə öz növbəsində AMB-nin ümumi aktivlərinə də (valyuta ehtiyatları+qızıl + qiymətli kağızlar) təsir göstərib. Belə ki, 2014-cü ilin məlumatına görə, bankın beynəlxalq aktivləri 17,7 milyard dollardan 15,9 milyard dollara qədər düşüb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə şərhində bildirib ki, manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15 faizdən çoxunu itirib: "Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb.
Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Buna səbəb bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması nəticəsində devalvasiya gözləntilərinin artmasıdır. Bazarda Dövlət Neft Fondunun da aktiv iştirakına rəğmən Mərkəzi Bank uzunmüddətli təzyiqə davam gətirə bilməyəcək. Xüsusilə, avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətin strukturunda manatın payının dolların xeyrinə azalması müşahidə edilir".
S.Əliyev hesab edir ki, ehtiyatın azalmasına həm də valyuta ehtiyatında olan avro və funt sterlinqin dollara nisbətən ucuzlaşması da səbəb olub: "Ötən ay avro 6,3 faiz, funt sterlinq isə 3,3 faiz ucuzlaşıb. Hər iki valyutanın dollara nisbətdə ucuzlaşması Mərkəzi Bankın valyuta ehtiyatının azalmasını şərtləndirib.
Proqnozlaşdırdığımız kimi 2015-ci il manatı çətin sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyəti hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. İstənilən halda hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətdə hərəkət etməsindən asılı olacaq. Hələ ki, proseslər manatın zərərinə işləyir"-deyə Samir Əliyev vurğulayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024