Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (10-02-2015, 17:58)
Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya qoyub

 

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Rusiya Federasiyası hökuməti sədrinin müavini Arkadi Dvorkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Mediatv.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb: "Əlaqələrin genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında 45-dən çoxu iqtisadi sahədə olmaqla 170-ə yaxın sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır".

Ş.Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:"Hazırda Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyada uğurla fəaliyyət göstərirlər. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. ABŞ dolları, Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına 2004-2013-cü illərdə 1 mlrd. ABŞ dollarından çox birbaşa investisiya qoyulub".

Azərbaycan və Rusiya Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışan nazir kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialı diqqətə çatdırıb. Bundan başqa, Rusiya şirkətləri Azərbaycanın sənaye parklarında iş adamları üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər.

İqtisadiyyat və sənaye naziri Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən layihələr barədə də məlumat verib.

Bununla belə, Ş.Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.

Rusiya Federasiyası hökuməti sədrinin müavini A.Dvorkoviç Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini bildirib, əməkdaşlığın inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb.

Mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən A.Dvorkoviç ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024