Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-09-2014, 22:37)
Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir

 

Samir Vəliyev: "Almaniya Azərbaycan iqtisadiyyatına təxminən 760 milyon dollar həcmində investisiya qoyub"

Dünən Bakı Biznes Mərkəzində Ticarət və İnvestisiyalar üzrə Azərbaycan- Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclası keçirilib. "Həftə içi"nin məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin Aparat rəhbəri, İşçi Qrupun həmsədri Samir Vəliyev çıxışında Azərbaycan-Almaniya əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, 1997-si ildən etibarən mütəmadi olaraq aparılan Azərbaycan və Almaniya arasında maliyyə və texniki əməkdaşlığa dair hökumətlərarası danışıqların, 2011-ci ildən fəaliyyət göstərən ticarət və investisiyalar üzrə yüksək səviyyəli İşçi Qrupunun, maliyyə və texniki əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin reallaşdırılmasının, "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan-Almaniya ikitərəfli Proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsinin iki ölkə arasında səmərəli əməkdaşlığın göstəriciləridir: "Bu gün Azərbaycanda 177 alman şirkəti fəaliyyət göstərir. Almaniya şirkətləri ölkəmizdə həyata keçirilən layihələrdə podratçı kimi iştirak edirlər. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına təxminən 760 milyon dollar həcmində investisiya qoyulub. 2013-cü və bu ilin ötən dövründə iki ölkə arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir".

Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verən Samir Vəliyev ölkə prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 174 miylard dollardan çox investisiya qoyulub və bunun yarısı xarici investisiyaların payına düşür: "Xarici investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Artıq Azərbaycan investisiya ixracatçısına çevrilib. Son 10 ildə ÜDM 3,2 dəfə, investisiya qoyuluşu 6,5 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə artıb".

Almaniyanın Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru, İşçi Qrupun həmsədri Ekard Franz çıxışında deyib ki, Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 4-cü iclasında iştirak etmək məqsədilə geniştərkibli nümayəndə heyətinin ölkəmizdə səfərdədir. O, iclas çərçivəsində müzakirə edilən məsələlərin Almaniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağına əminliyini vurğulayıb.

İclasda Azərbaycan və Almaniya arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 3-cü iclasından ötən dövrdə görülmüş işlər, investisiya, kənd təsərrüfatı, təhsil, səhiyyə sahələrində əməkdaşlıq, ölkəmizdə yaradılan sənaye parklarında Almaniya şirkətlərinin iştirakı imkanları, enerji səmərəliliyi və bərpa olunnan enerji, ətraf mühitin mühafizəsi, tvinninq layihələrinin icrası, biznesin idarə edilməsi sahəsində yerli menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakı və bir sıra digər məsələlər müzakirə olunub. Həmin məsələlərlə bağlı müvafiq razılıqlar əldə edilib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi artsa da, bu sahədə əlaqələrin daha da inkişafı üçün geniş imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu da tərəflərin maraq göstərdiyi sahələrdəndir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024