Siyasət (11-11-2014, 19:11)
İlham Əliyev Qarabağdan danışdı
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstanın Baş naziri Viktor Orbanın geniş tərkibdə görüşü olub
Macarıstanın Baş naziri Azərbaycan Prezidentini parlament binasının önündə qarşıladı. Sonra rəsmi foto çəkdirildi.
Macarıstan hökumətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Baş nazir Viktor Orbana təqdim olundu. Geniş tərkibdə görüşdə çıxış edən Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevin səfərinin əhəmiyyətini yüksək qiymətləndirdi, ölkənin parlamentində və ümumiyyətlə siyasi həyatında Azərbaycana böyük marağın olduğunu vurğuladı. “Bizim hər birimiz ölkənizdə əldə olunan tərəqqini böyük heyranlıqla izləyirik”, - deyən Baş nazir Viktor Orban Azərbaycanın iqtisadi tərəqqisinin, o cümlədən qeyri-neft sektorunun uğurlu inkişafının Macarıstanda maraqla izlənildiyini diqqətə çatdırdı. Macarıstanın Baş naziri onunla Prezident İlham Əliyev arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığımızın inkişafında rolunu vurğuladı, əlaqələrimizin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.
Sonra Prezident İlham Əliyev çıxış etdi. Azərbaycan Prezidenti dedi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir və əlaqələrimiz qarşılıqlı etimada söykənir. Ölkələrimiz arasında güclü siyasi əlaqələrin olduğunu deyən Prezident İlham Əliyev iqtisadi sahədə də münasibətlərin uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin mövcudluğunu vurğuladı. İmzalanacaq sənədlərin əhəmiyyətindən danışan dövlətimizin başçısı onların ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yaxşı hüquqi baza yaratdığını bildirdi.
Söhbət zamanı əlaqələrimizin yeni imkanlarının nəzərdən keçirilməsinin önəmi vurğulandı, birgə hökumətlərarası komissiyanın fəaliyyətinin bu baxımdan əhəmiyyəti qeyd edildi. Azərbaycan ilə Macarıstan arasında enerji, təhsil, humanitar, əczaçılıq, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivlərinin müəyyən edilməsinin vacibliyi diqqətə çatdırıldı.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, regional və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024