Hadisə (24-10-2015, 23:11)
Abid Şərifov “Sovetski”də həbs olunan komitə sədrini azadlığa buraxdırıb
Oktyabrın 22-də “Sovetski”də keçrilən etiraz nümayişi zamanı saxlanılan sakinlərin hüquqlarını müdafiə komitəsinin sədri Namiq Quliyev oktyabrın 24-də azadlığa buraxılıb.
Mediatv.az xəbər verir ki, bu barədə musavat.com-a komitənin sədr müavini Mirməmməd Aslanov məlumat verib.
Xatırladaq ki, oktyabrın 22-də Çingiz Mustafayev və Abdulla Şaiq küçələrində yaşayan sakinlərlə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri arasında insident yaşanmışdı. Bu zaman Namiq Quliyev polis tərəfindən saxlanmışdı. Məhkəmə onun haqqında 10 sutka həbs cəzası çıxarmışdı.
Qeyd edək ki, N.Quliyevin həbsinə səbəb icra nümayəndələrinin Sahibə adlı sakinin evini sökülməsi olmuşdu. O, İH nümayəndələrinin kimsəsiz qadının evini sökmək cəhdlərinə etiraz etdiyi üçün saxlanılıb.
Namiq Quliyev həbs olunduqdan sonra komitənin sədr müavini Mirməmməd Aslanov başda olmaqla “Sovetski” ağsaqqalları baş nazirin müavini Abid Şərifovun qəbulunda olublar və baş verən hadisə ilə bağlı ona məlumat veriblər.
Musavat.com-a danışan Mirməmməd Aslanov baş verənləri belə izah edib: “Namiq Quliyev həbs olunduqdan sonra “Sovetski” camaatı narazılığını bildirmək üçün toplaşmaq istədi. Camaatı birtəhər sakitləşdirdik. 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəd İlhamiyyə Rza ilə görüşdük, sağ olsun, problemimizi dinlədi və bizi lazımı yerlərə yönəltdi. Sonra Yasamal Rayon Polis İdarəsinə getdik. İdarənin rəisi bizi yaxşı qarşılaşdı və problemin həll olunacağını dedi. Buna baxmayaraq, baş nazirin müavini Abid Şərifovun da qəbulunda olduq. O, Namiq Quliyevin həbs olunmasını pislədi və camaat tərəfindən seçilmiş sədrin həbsinin düzgün olmadığını dedi. Baş nazir camaatın narazılığının qarşısını almaq üçün komitə sədrinin tezliklə azad olunacağını bildirdi. Bir neçə saatdan sonra Namiq Quliyevin məhkəməsi keçirildi və məhkəmənin qərarı ilə o, əfv olundu.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024