Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-03-2014, 11:47)
“Sovetski”də yenidən etirazlar ola bilər

Əhalinin tələbləri qüvvədə qalıb və azı 2500 manatdan təzminat tələb olunur


“Sovetski” məhəlləsində etirazlar müvəqqəti səngiyib. Aksiyalarda saxlananlardan bir neçəsinin sutkalıq həbs alması camaatın narahatlığına səbəb olub. Odur ki, etirazlar dayanıb. Bəziləri isə kompensasiyaların məbləği ilə barışıb, evlərini tərk ediblər.

Son rəsmi xəbərdə 100-ə yaxın mülkiyyətçinin razılaşdığı açıqlanıb. Yerdə qalanlar isə şərtlərlə qane olmurlar. Camaat baş naziri müavini Abid Şərifovun çıxışına istinad edib, evlərindən çıxmağa tələsmir. A.Şərifov heç kəsin məcburən evindən çıxarılmayacağını söyləyib. Əhali sivil şəkildə, şərtlərin onların xeyrinə dəyişəcəyi halda mülklərini buldozer qabağına verməyə hazırdır. 

Müxbirimiz sakinlərlə görüşərkən öyrənib ki, onların tələbləri qüvvəsində qalıb və yayılan şayiələrin əsası yoxdur. Camaatın hökumətin bu təklifi ilə razılaşması haqda sızdırılan informasiyalar həqiqətdən uzaqdır. Onlar mənzilin kvadratına azı 2000-2500 manatdan təzminat ödənilməsini istəyir. Bununla belə, etirazların səngiməsi həbslərlə əlaqədardır. Vətəndaşlar bu prosesdə itki vermək istəmirlər. 

“Bizim Yasamal rayon rəhbəri, baş nazirin müavini ilə görüşlərimiz oldu. Ardıcıl görüşdük və heç bir nəticə hasil olmadı. Onlar 1500 manatın yaxasından yapışıb, mövqelərindən dönmürlər. Bizi də aldatmaq istəyirlər. 

Marta qədər başımızı vədlərlə aldadıblar. Onlar fikrindən dönmürsə, biz niyə dönməliyik? Apreldə növbəti dəfə görüş olacaq. Yenə razılıq əldə olunmasa, biz mübarizənin təzə yollarını fikirləşəcəyik,"- deyə yerli sakin Tahir Səmədov belə deyir.  

Onun sözlərinə görə, 100-150 nəfərin razılaşması bütövlükdə “Sovetski”nin köçürülməsi anlamına gəlmir. T.Səmədov əhalinin A.Şərifova tələblərini çatdırdığını qeyd etdi: “Dəfələrlə deyilib ki, evlərin əksəriyyəti aşağı kvadratlı, darısqal evlərdir. İndi ölçüb-biçsinlər, statistika çıxarılsın, neçə mənzilin aşağı kvadrat olması bilinsin, sonra qiymət müəyyən olunsun. Abid Şərifov deyib ki, nəzərə alınacaq. Biz tələsmirik. Onlar tələsirsə, gəlib pulumuzu düzgün verib, çıxarsınlar”. 

Əldə etdiyimiz məlumata görə, “Sovetski”də sökhasök dayanıb. Əhalinin köçürülməsi hissə-hissə həyata keçiriləcək. Gərginlik səngiyib deyə heç bir canlanma müşahidə olunmur.  

A.Şərifov deyib ki, bu ərazidə yaşayan əhaliyə məxsus əmlakların, mənzil və torpaq sahələrinin dövlət ehtiyacları üçün məcburi qaydada alınması nəzərdə tutulmayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024