Hadisə (22-10-2015, 11:52)
Şagirdin müəlliməsini döyməsi ilə bağlı açıqlama
Bakı şəhər üzrə Təhsil İdarəsi Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə şagirdin müəlliməni döyməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mediatv.az xəbər verir ki, idarənin mətbuat xidmətinin rəhbəri Arzu Tahirquliyeva azvision.az-a açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır.
“Biz də bu barədə məlumatlıyıq. Amma yalnız araşdırma aparılandan sonra mətbuata açıqlama verə bilərik”,-deyə Arzu Tahirquliyeva bildirib.
Qeyd edək ki, mətbuatda yer alan xəbərlərə görə, 95 saylı orta məktəbdə oxuyan 11-ci sinif şagirdi Svetlana adlı fizika müəlliməsini döyüb.
İddia edilir ki, müəllimə şagirdin dünyasını dəyişən atasını təhqir edib. Təhqirə dözməyən şagird müəlliməsinin üstünə hücum çəkib və ona ciddi fiziki xəsarətlər yetirib.