Karusel (16-10-2014, 19:12)
Müəllim şagirdi döydü, uşaq xəstəxanalıq oldu - Mikayıl Cabbarov işə qarışdı - VİDEO
Bakının Sabunçu rayonunda yerləşən 331 saylı tam orta məktəbdə şagirdin müəllimi tərəfindən döyülməsinə görə, Təhsil Nazirliyi araşdırmalara başlayıb.
Bu barədə məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorundan verilib.
İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tahirquliyeva AzNews.az-ın sorğusuna cavab olaraq bildirib ki, orta məktəb şagirdinin döyülməsi faktı Təhsil Nazirliyinin nəzarətindədir və məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, ANS televiziyası orta məktəb şagirdinin döyülməsi ilə bağlı süjet yayımlayıb. Müəllimi tərəfindən döyülən şagirdin valideyninin dediyinə görə, 10 yaşlı övladı Fərid Babaşzadə ötən gün 6-cı dərs saatında idman müəllimi Firdovsi tərəfindən döyülüb. Və hazırda 5-ci sinif şagirdi evdə yataq xəstəsinə çevrilib. Fəridin özünün dediyinə görə, müəllimi idman dərsində ona topa əl vurmamağı tapşırıb. Bilmədən topa əl vurduğunu deyən şagird, müəllim tərəfindən şiddətə məruz qaldığını bildirib. O, başından və ayaq nahiyəsindən ağır zərbə alıb.
Valideynlər isə hadisədən gec xəbər tutduqlarını deyir. Məktəbdən gələn övladlarının vəziyyətinin pis olduğunu gördükdə onu dərhal xəstəxanaya aparıblar. Fəridin anası Gülnar Babaşzadənin dediyinə görə, onun övladı qan çatışmazlığından əziyyət çəkir. Bunun üçün də dəfələrlə məktəb rəhbərliyinə müraciət edib ki, Fərid idman dərsində iştirak etməsin. Ancaq buna məhəl qoyan olmayıb. Övladı döyüləndən sonra o, Firdovsi müəllimlə söhbət etmək istəyib. Müəllim isə valideynlərə "əcəb etmişəm, gedin hara istəyirsiniz şikayət edin” deyə cavab verib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024