Hadisə (11-07-2015, 10:31)
Ekspertdən “İsgəndər” raketləri ilə bağlı həyəcanlı xəbərdarlıq
Elxan Mehtiyev: “Əgər bu tipli silahlar ermənilərə verilərsə, Rusiya Ermənistanla eyni səviyyədə Azərbaycanın düşməninə çevriləcək”
“Rusiyadan Ermənistana uzun mənzilli, o cümlədən ”İsgəndər" tipli müasir texnologiya məhsulu sayılan ballistik raketlərin satılması haqqında xəbərlər Azərbaycan üçün şok effekti yaradan məsələ olmalı idi. Ermənistanın bu tipli raket sistemini alması, özəl olaraq Bakını hədəf almağa və Ermənistan prezidenti Serj Sarkisyanın dediyi kimi, “istənilən çiçəklənən şəhəri (indiki halda Bakını) ballistik raketlərimizlə Ağdam kimi xarabaya çevirərik” məqsədinə xidmət edir".
Siyasi ekspert Elxan Mehtiyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Analitikin sözlərinə görə, əgər Rusiya həqiqətən bu silahları İrəvana verərsə, o zaman Moskva bilavasitə Bakını və Bakıətrafı hərbi və infrastruktur obyektləri darmadağın etmək üçün bu addımı atmış olur: “Bu da o deməkdir ki, Rusiya Ermənistanla eyni səviyyədə Azərbaycanın düşməninə çevrilir. Həmin silahların Ermənistana verilməsi bir neçə nəticələrə gətirəcək. Bu, ilk növbədə bölgədəki hərbi balansı dramatik dərəcədə ermənilərin xeyrinə dəyişəcək və gedən danışıqlarda Azərbaycanı daha zəif duruma salacaq, Azərbaycanın öz torpaqlarını geri almaq yollarını həmişəlik bağlayacaq. Buradan belə nəticə çıxır ki, əgər Azərbaycan öz işğal olunmuş ərazilərini azad etməyə cəhd göstərərsə,o zaman respublikanın əhalisinin yarısının yerləşdiyi Bakı şəhəri kütləvi qırğına aparan bombardmanlarla üzləşəcək”.
E.Mehtiyevin sözlərinə görə, son 23 ilin təcrübəsi göstərdi ki, ermənilər dinc yolla bu torpaqlardan çıxmaq istəmir və əksinə, bu torpaqları məskunlaşdırmaq və ilhaq etmək siyasəti yürüdürlər: “Əgər bu tipli silahlar ermənilərə verilərsə, yuxarıda deyildiyi kimi, torpaqların azad edilməsi və ya işğal edilmiş torpaqların ən yaxşı halda bir hissəsinin geri qaytarılması, yumşaq desək, mümkün olmayacaq. Bu cür strateji dəyişiklik Azərbaycanın dövlət kimi mövcudluğunu da ağır təhlükə altına salacaqdır. Yeni silahların yaratdığı yeni situasiyada işğal olunmuş ərazilər artıq Bakının özü ilə fayda-zərər baxımından tərəziyə qoyulacaq. Həm düşmən tərəf, həm vasitəçilər və beynəlxalq birlik Azərbaycan tərəfini bu silahlarla birbaşa və dolayi yollarla şantaj edəcək və Azərbaycan tərəfi də əslinə qalsa, onlardan öncə bu haqda daha çox düşünəcək. Və nəticədə torpaqların azad edilməsi, xalq dili ilə desək, ermənilərin kefinə buraxılacaq. Bu baxımdan, Azərbaycan siyasi rəhbərliyi bu məsələnin Rusiya ilə münasibətləri 180 dərəcə dönüş nöqtəsinə çevirə biləcək məsələ olduğunu Rusiya rəhbərliyinə ciddiyyəti ilə çatdırmalı və onun qarşısını bütün vasitələrlə almalıdır. Bu məsələ Rusiya-Azərbaycan münasibətlərini müəyyən edən 1 nömrəli məsələ olmalıdır. Bu, Azərbaycan dövləti üçün ölüm-dirim məsələsidir”.
Məsələ ilə bağlı XİN-in mətbuat katibi Hikmət Hacıyevə müraciət etdik. Nazirlik təmsilçisi bildirdi ki, Rusiyanın Ermənistana 200 milyonluq kredit verməsi ilə bağlı mətbuata verilən açıqlamadan başqa hər hansı münasibət bildirilməyəcək.
“Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, bu qəbildən olan silah-sursat Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yerləşdirilməməlidir”-deyə, XİN sözçüsü Hikmət Hacıyev silah-sursat alınması və hərbi modernizasiya ilə bağlı Rusiya tərəfindən Ermənistana 200 milyon dollar məbləğində güzəştli kredit ayrılmasına münasibət bildirərkən deyib. H. Hacıyevin sözlərinə görə, hazırda bu məsələ Azərbaycan tərəfindən araşdırılır. “İşğal olunmuş ərazilərdə beynəlxalq hüquqa zidd olaraq, bu kimi silah-sursatın yerləşdirilməsi münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərər yetirə bilər”, - deyə XİN sözçüsü qeyd edib.
“İskəndər” raketləri ilə bağlı isə XİN-dən hər hansı şərh verilmədi.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024