Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (8-10-2014, 19:58)
7 rayonun qaytarılması gündəmə gəldi - ŞƏRH

“Rusiya Xəzərdə Azərbaycana aid hissədə möhkəmlənməyin əvəzinə yeddi rayonu o zaman qaytara bilər ki, Azərbaycan Rusiya ilə eyni ittifaqda yer alsın”.

Bunu Hafta.az-a açıqlamasında Həştərxan müqaviləsinə əsasən Rusiyanın Xəzərin Azərbaycana aid hissəsində möhkəmlənməyin əvəzinə işğal olunmuş yeddi rayonun qaytarılması məsələsinə münasibət bildirərkən politoloq Fərhad Mehdiyev deyib. Fərhad Mehdiyev bildirib ki, bu o qədər də inandırıcı görünmür: “Bu skulyativ bir xəbərdir. Çünki əvvəllər də Xəzərin sahəsi heç vaxt bölünməyib. Ancaq Həştərxan müqaviləsi Xəzər sularında Rusiyanın üstünlüyünü daha da artırıb. Hətta rus donanması Azərbaycan sərhəddinə xeyli yaxın ərazidə saxlanılır. Bu da ölkəmiz üçün təhlükə mənbəyidir”.

Politoloqun sözlərinə görə, vəziyyət bu cür inkişaf etdiyi halda belə rəsmi Bakı Xəzərlə bağlı əvvəlki mövqeyində qalacaq: “Bu halda belə Azərbaycan Xəzərdəki donanmasından hərbi gücündən imtina edəsi deyil.  O ki qaldı Rusiyanın Xəzərin Azərbaycan hissəsində möhkəmlənməsinin əvəzinə işğal edilmiş yeddi rayonun qaytarılması məsələsinə; düşünmürəm ki, bu reallaşsın. Bu o zaman gerçəkləşə bilər ki, Azərbaycan Rusiya ilə eyni ittifaqda yer alsın. Bu ittifaq Avrasiya İqtisadi Birliyi, keçmiş SSRi formatlı bir ittifaq ola bilər. Bu isə ölkəmizin suverenlikdən imtina etməsi deməkdir. Hazırkı situasiya isə bu reallığı əks etdirmir”.

Fərhad Mehdiyev həmçinin bildirib ki, Gürcüstanın Rusiyaya quru sərhədlərini bağlaması Ermənistanla quru əlaqə saxlamaq üçün şimal qonşumuzun Azərbaycana təzyiqlərini artıracağını düşünmür: “Onsuz da Rusiya hərbi hava qüvvələri Gürcüstandan icazə almadan Ermənistana gedib-gəlir. Lazım olan hərbi yardımlar hava vasitəsi ilə göndərilir. Rusiyanın Ermənistanla qurdan əlaqəsinə heç ehtiyac da yoxdur. Çünki işğalçı ölkədə yerini rahatlayan 102-ci hərbi hissənin burada qalma vaxtı 2048-ci ilə qədər uzadılıb”.

Xatırladaq ki, rusiyalı politoloqlar Rusiyanın Xəzərin Azərbaycan hissəsində möhkəmlənmək üçün Azərbaycanla “ərazi sövdələşməsi” aparılacağını proqnozlaşdırdıqlarını bildiriblər. Bundan başqa, Rusiya Müdafiə Nazirliyi 2 gün öncə Xəzərdə donanma arsenalını daha da gücləndirəcəklərini bəyan edib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024