Dünya (1-03-2014, 19:21)
Rusiya hərbi vertolyotları Ukraynaya girdi
Ukraynanın Dövlət Sərhəd Xidməti Rusiyaya aid hərbi vertolyotların ölkənin hava sərhədlərini kobud şəkildə pozaraq Krıma daxil olduğunu təsdiqləyib.
Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti bu gün günorta saatlarında Kerçensk istiqamətindən Rusiyaya aid 10 hərbi vertolyotun ölkənin hava məkanına daxil olduğunu bildirib. Xəbərə görə, vertolyotlar 1 kilometr hündürlükdə uçaraq Krıma daxil olub. Vertolyotların Sevastopoldakı Belbek aeroportuna endiyi bildirilir.
Aeroport hazırda Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlılarının nəzarətindədir. Rusiya ilə Ukrayna arasındakı ikitərəfli razılaşmaya əsasən sərhədi ancaq 3 vertolyot keçə bilər. İnternetdə Rusiya hərbi vertolyotlarının Rusiyaya necə girdiyini göstərən videokadrlar da yayılıb. AzNews.az-a istinadən həmin kadrları təqdim edirik.